Mərkəzi Asiyanın işğalı
Temuçini Çingiz xan elan edən qurultayın çağırılmasından heç beş il keçməmişdi ki, monqol anaları öz oğullarını uzaq hərbi səfərlərə göndərdilər. İndi monqol qanı xanın şərəfinə doğma Onon və Kerulen çayları sahilində axıdılmırdı, minlərlə kilometr cənuba və qərbə tərəf bölgələrdə.
1206-cı ildən və xüsusilə 1211-ci ildən sonra Çingiz xanın fəaliyyətində yeni səhifə açıldı – geniş miqyaslı işğallar. Bu işğallar xaqanın ölümündən sonra da davam etdi. Monqol işğallarının indi məqsədi tayfaları birləşdirmək deyil, özgə torpaqları noyonların maraqlarında ələ keçirmək idi. ¹