Haqqımda

Rüstəmova Gültəkin Tofiq qızı

29 oktyabr 1974-cü ildə Gəncə şəhərində anadan olmuşam. 1981-1991-ci illərdə Gəncə şəhər 20 N-li orta məktəbdə təhsil almışam. Bununla yanaşı Gəncə şəhəri 2 N-li musiqi məktəbinin fortepiano sinifini bitirmişəm. 1992-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) ali təhsil almışam. 2005-ci ildən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada tarix müəllimi işləyirəm. Dərs dediyim şagirdlər həm respublikamızın, həm də xarici dövlətlərin aparıcı ali məktəblərində təhsil alır. İşlədiyim bu vaxt ərzində müxtəlif təlimlərdə, tədbir və konfranslarda iştirak etmişəm, bu barədə bloqumdakı qaleriyada ətraflı, görüntülü məlumatlar var.
Şahmat oynamağı, klassik musiqini və tarixi şəxsiyyətlərin həyatı ilə bağlı məlumatları oxumağı sevirəm.
Ailəliyəm, iki oğlum var.


Комментариев нет:

Отправить комментарий

BLOQUM

BLOQUM