Tədbirlərim


Uşaq Hüquqları Konvensiyası gününə 

həsr olunmuş tədbir




Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada "Uşaq hüquqları Konvensiyası" adı altında tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət hinmimim səsləndirilməsi ilə açıq elan edirldi.Giriş sözü  ilə məktəbin direktoru Məhəmmədəli Abbasov  tədbiri açaraq şagirdlərə hüquqlar və vəzifələr barədə müəyyən nəshətamiz məsləhətlərini verdi. O, qeyd etdi ki , bu gün bizim vətənimizin uşaqları müstəqil vətəndaşlıq hüquqlarına malikdirlər. Konvensiyada nəzərdə tutulan bütün öhdəliklər bizim uşaqlarımıza şamil edilir və dövlətimiz uşaqların qayğısını birbaşa nəzarətində saxlayır.  Direktor onu da qeyd etdi ki, konvensiyada nəzərdə tutulan bir çox müddəalar milli mentalitetimizdən irəli gələn ən-ənələrə görə onsuz da əsrlərlə həyata keçirilməkdədir. Sonra məktəbin tarix müəllimi Gültəkin Rüstəmova tərəfindən hazırlanan təqdimat şagirdlər və digər tədbir iştirakçıları ilə birlikdə izlənildi. 8 və 9-cu sinif şagirdləri tərəfindən Uşaq Hüquqları Konvensiyasının bəzi müddəaları  səsləndirildi. Tədbirdə məktəbin tarix müəllimi Sevda Nadirova çıxış edərək bildirdi ki, vaxı ilə bir çox Avropa ölkələrində belə bir zamanlar uşaq hüquqları anlayışı olmamışdır. Böyük Britaniyada bir şagirdin başına gələn əhvalat şagirdlərin marağına səbəb oldu. Sonunda bu gün bütün dünya uşaqlara qayğının nə qədər əhəmiyyətli olduğunu Konvensiyaya qoşulmaqla bir daha təsdiq edir. Tədbir dünyada qayğıdan məhrum olmuş uşaqlar haqqında təqdimatın nümayişi ilə davam etdirildi.Tədbirdə Ombudsman Aparatının nümayəndəsi E. Cəfərov da iştirak edirdi. O, öz çıxışında Konvensiyanın bəzi müddəalarının izahını verərək bildirdi ki, uşaqlara göstərdiyi qayğıya görə ölkəmiz dünya miqyasında aparıcı dövlətlərlə eyni səviyyədə yer tutmaqdadır. Tədbirin sonunda gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini Taci Əhmədovaya söz verildi. O da çıxışında şagirdlərə hüquqları və vəzifələri barədə nəsihətlərini verdi. Tədbirin sonunda xatirə şəkli çəkildi.





S.Bəhlulzadə adına Xarici Dillər 

Təmayüllü Gimnaziyada

"9noyabr-Bayraq günü" münasibətilə 

tədbir keçirilmişdir








Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada  "9 noyabr Bayraq günü" münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Məhəmmədəli Abbasov açaraq əvvəlcə tədbir iştirakçılarını salamladı, sonra isə kiçik çıxış edərək öz təbrikini çatdırdı. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra  məktəbin tarix müəllimi Sevda Nadirova tarixdə indiyə qədər mövcud olmuş dövlət bayraqları haqqında ətraflı məlumatlarla çıxış etdi.  Çıxış da  qədim dövlətçilik tariximizdən, tarixdə iz qoymuş hökmdarlardan və onların həmişə başları üstə uca tutduğu bayraqlar və rəmzlər qeyd  olundu.Tədbirin bədii hissəsində şagirdlər tərəfindən hazırlanmış şeirlər səsləndirildi, rəqs və xor  dərnəyinin üzvləri öz ifalarını tədbir iştirakçılarına təqdim etdilər. Tədbirdə Uşaq birliyinin sədri Nigar Orucova tərəfindən videorolik nümayiş etdirildi. Tədbirin sonunda məktəbin tərbiyə işləri üçzə direktor müavini Taci Əhmədova çıxış edərək şagirdlərə xoş arzularını çatdırdı və xatirə şəkilləri çəkdirildi.




Səttar Bəhlulzadə adına Xarici Dillər 

Təmayüllü Gimnaziyada 18 oktyabr 

Müstəqillik Günü münasibəti 

ilə keçirilən tədbir 

   
                                         http://palitranews.az/news.php?id=28605







Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada 18 oktyabr Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Sonra giriş sözü ilə məktəbin direktoru Məhəmmədəli Abbasov tədbir iştirakçılarını salamlayıb. Onlara əldə edilən uğurlarımız və dövlətimizin siyasi yüksəlişi barədə qısa məruzə edib. Bildirildi ki, müstəqillik əldə etdikdən sonra müxtəlif sahələrdə uğurlar əldə edən Azərbaycan bu gün sürətlə inkişaf edən ölkələr sırasındadır. Müasir Azərbaycan cəmiyyəti ümumbəşəri dəyərlərə söykənir və cəmiyyət olaraq ölkəmiz dünya birliyini layiqli üzvüdür. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığımız ötən dövr ərzində əzəmətli, möhtəşəm inkişaf mərhələsi keçib. Azərbaycanın iqtisadiyyatı inkişaf edib, ölkənin bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, Azərbaycan həm də dünya miqyasında, beynəlxalq siyasətdə öz rolunun əhəmiyyətini xeyli dərəcədə yüksəldib. Müstəqil ölkəmizin dövlətimiz uğurlu gənclər siyasəti həyata keçirir. Məhz bu istiqamətdə atılan addımlardan biri kimi uşaq və gənclərin təhsili də daim dövlətin diqqət mərkəzindədir. Sonra tədbirdə çıxış edən Gültəkin Rüstəmova çıxışında bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir: “ Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsr də iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan birdə 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi”.Sonra məktəbin 6d sinif şagirdi Murad İmanovun ifasında Qarabağ şikəstəsi səsləndirildi. Daha sonra tədbirdə şagirdlər: Sona, Toğrul, İbrahim, Tohfə, Fuad, Fidan, Tunar, Sevinc Kənanın ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi. Tədbirdə həmçinin Zülfiyyə Xanbabayevanın “Canım mənim məmləkətim”, Müslüm Maqomayevin “Azərbaycan”, musiqiləri səsləndirildi. Müstəqillik yolunda əldə etdiyimiz nailiyyətləri canlandıran şəkillərdən ibarət təqdimat nümayiş olundu. Tədbirin sonunda Tərbiyə işləri üzrə direktor müavini Taci Əhmədova şagirdlərə əldə etdiyimiz nailiyyətlər haqqında qısa olaraq məlumat verdi və onu da qeyd etdi ki, dövləti biz yenidən qurduq sizlərə ərmağan etdik, onu qorumaq isə siz gənclərin əlindədir. 






S.Bəhlulzadə  adına  Xarici  Dillər 

Təmayüllü  Gimnaziyada  Uşaq Hüquqları 

Konvensiyası günü ilə əlaqədar

 keçirilən tədbir 

             http://palitranews.az/news.php?id=14626





Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada 20 noyabr Ümumdünya Uşaq Hüquqları Günü ilə bağlı konfrans keçirildi. Məktəbin direktoru, Əməkdar müəllim, pedoqoqika üzrə fəlsəfə doktoru Məhəmmədəli Abbasov məktəbdə davamlı olaraq belə tədbirlərin reallaşdırıldığını bildirdi. 

Qeyd edək ki, gimnaziyada 4 dil-ingilis, fransız, rus, ərəb dilləri tədris olunur. 1961-ci ildən fəaliyyət göstərən məktəb 1992-ci ildən gimnaziya adlanır. Bundan başqa gimnaziya “İlin məktəbi” adına layiq görülüb. Məktəbin məzunları arasında Prezident təqaüdünə layiq görülən tələbələr var. Hazırda gimnaziyanın bir sıra şagirdləri müxtəlif xarici ölkələrdə təhsilini davam etdirirlər. Həmçinin məktəb müəllimləri “İlin müəllimi” adına layiq görülüblər. 
Tədbirdə çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Xanoğlan Musayev bildirdi ki, 20 noyabr Ümumdünya Uşaq Hüquqları günü dünyanın bir çox ölkələrində qeyd edilir. Ümumiyyətlə, irqindən, dinindən, millətindən asılı olaraq bütün uşaqların hüquqlarının müdafiə olunmasının vacib olduğunu deyən X.Musayev bildirdi ki, ölkəmizdə bu siyasət uğurla həyata keçirilir. O cümlədən, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada da uşaqlar müxtəlif qayğı ilə əhatə olunurlar. 
Gimnaziyanın tarix müəllimi Gültəkin Rüstəmova çıxışında bildirdi ki, 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günü 1954-cü ildə BMT-nın Baş Assambleyası tərəfindən 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. 1989-cu il noyabrın 20-də BMT nin Uşaq Hüquqları haqqında Konvensiyası qəbul edilib. Bayram BMT-nin dünya uşaqlarının əmin-amanlığının təmin olunmasına, yaxşılaşdırılmasına yönəldilmiş fəaliyyətinin möhkəmləndirilməsinə yönəlib. 2014- cü ildə Konvensiyanın qəbul edilməsinin 25-ci ildönümü qeyd ediləcək. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyasının iki əlavə protokoluna qoşulub. 1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq hüquqları haqqında” müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Qanun qəbul edilib.Uşaq Hüquqları Konvensyasının 54 maddən ibarət olduğunu deyən G.Rüstəmova bildirdi ki, onların hər biri ayrı-ayrı hüquqlar haqda məlumat verir: “Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünə bilər. Bunlardan biri İnkişaf hüquqlarıdır ki, bu hüquqlar uşaqların öz potensiallarının tam inkişafına olan ehtiyaclarını təmin edir. Buraya, məsələn, təhsil almaq, oynamaq və istirahət etmək, mədəni tədbirlərə cəlb edilmə və iştirak etmə, məlumat əldə etmək, azad fikir və din hüquqları aiddir. Həmçinin Müdafiə hüquqlarıdır ki, bu hüquqlar uşaqları müxtəlif növ zorakılıq və istismardan qorumalıdır. Bu hüquqlar, məsələn, qaçqın uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi kimi məsələləri əhatə edir. Bundan başqa İştirak hüquqlarıdır ki, bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır. Bunlar azad fikir söyləmək, onların həyatlarına təsir göstərən hallarda öz sözlərini demək, birləşmək və assosiasiyalar əmələ gətirməkdir. Uşaqların bacarıqları inkişaf edərkən onların cəmiyyətdə fəal iştirakı və bunun üçün imkanları daha da artır. Bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək. Nəhayət, Yaşamaq hüququdur ki, bunlara uşaqların yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları aiddir. Həmçinin yaşayış standartları, qida və tibbi xidmətə malik olmaq kimi hüquqlar da buraya aiddir”. 
Gimnaziyanın psixoloqu Taci Əhmədova bildirdi ki, uşaqlar cəmiyyətin gələcəyidir, ölkə başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva göstərdikləri qayğı ilə çalışırlar ki, uşaqlar əsl vətəndaş olsunlar. Ölkəmizdə uşaqların əsl vətəndaş olması üçün şərait yaradıldığını deyən natiq bildirdi ki, konvensiyanın qəbul edilməsində də əsas məqsəd odur ki, uşaqlar gələcəkdə şəxsiyyət olsunlar. Şəxsiyyət isə o deməkdir ki, əsl vətəndaş olsun, Vətənə xidmət göstərsin, xidmət isə odur ki, yaxşı təhsil alsınlar. Şəxsi fikrə və əqidəyə malik olsunlar.
Tarix müəllimi Sevda Nadirova isə bu konvensiyanın uşaqların hüquqları ilə bağlı çox mühüm əhəmiyyət kəsb etdiyni, ölkəmizdə də bu istiqamətdə bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.
Gimnaziyanın 9-cu sinif şagirdi Sevinc Əliyeva uşaqlar adından çıxış edərək bildirdi ki, burada şagirdlərin hüquqları pozulmur, onların heç birinə təzyiq olunmur: “Gözəl təhsil bizi daha da yüksəklərə qaldıra bilər. Bu şəraiti yaratdığına görə, ölkə başçısına, eləcə də müəllimlərimizə təşəkkür edirik”.
Tədbirdə uşaqlara həsr edilən videogörüntü nümayiş olundu.

Tədbirdə istifadə olunan VEB 2.0 alətlərdə hazırlanmış resurslar:



Комментариев нет:

Отправить комментарий

BLOQUM

BLOQUM