Rüstəmova Gültəkin
S.Bəhlulzadə adina Xarici Dillər
Təmayüllü gimnaziyanın
müəlliməsi
Açar sözlər: baza bilikləri ,
tarixi hadisələrin inkişaf mərhələləri, tarixin tədrisi metodikası, təlimin
inkişafı mexnizmləri, konstruktiv təlim metodu, konstruktiv yanaşma.
Ключевые слова: базовые знания, этапы
развития исторического события, методика преподавания истории, механизмы развития обучения,
конструктивный метод обучения,
конструктивный подход.
Key worlds: basic
knowledge of the historical stages of development of events, methods of
teaching history, mechanisms of learning, constructive learning method, a
constructive approach.
Tarix fənninin tədrisi
metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilənən və hərəkətdə
olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr
çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi
günümüzdəki öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır.
Pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və onun inkişaf nəticələri ilə təsdiq edilir.
Tarix fənninin təlim məqsədlərini gerçəkləşdirərkən təlimə cəlb edilmiş şagirdlərin
yaş səviyyələrini də nəzərə almaq zəruridir.
Yuxarı siniflərə keçdikcə onların aldıqları
baza biliklərilə yanaşı bu və ya digər tarixi məlumatlardan nəticələr
çıxarmaq, hadisələri təhlil etmək kimi
qabiliyyətlər də formalaşır. Dərsin məğzi - öyrənmə prosesinin məcburi konponentidir. Tarixi
hadisələrin inkişaf mərhələləri bir-birini əvəz etdikcə bu hadisələrin öyrənilməsi
metodikası da fərqli yanaşmalar tələb edir. Tarixi şəxsiyyətlər və ya tarixi
hadisələrin eyni yanaşmadan tədris edilməsi çox vaxt istənilən nəticənin əldə
edilməsinə yardımçı olmur. Keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət
deyil. Tarixin tədrisi metodikası həm də şagirdlərdə düşünmək qabiliyyəti inkişaf etdirməlidir ki, onlar bu
hadisələrin həm də müasir dövrdə hansı nəticələr verdiyini görə bilsinlər. Bunun üçün də tarix dərslərini
təşkil edərkən müxtəlif təlim metodlarından istifadə etmək lazımdır.
Proqramları və dərslikləri
ənənəvi üsulda tərtib edilən siniflərdə
hələ də bəzi hallarda şagirdlərin passivliyi ilə qarşılaşırıq. Aşağı siniflərdən
fəal dərs metodları tətbiq edilmədiyi üçün bu şagirdlərin düşüncə tərzi də fərqli
inkişaf edir.
Təhsil sahəsində
aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin
inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin
idrak fəaliyyətinin fəallaşdırılması mexanizmləridir.
http://gulyarustamova.blogspot.com/p/mqallrim.html
http://gulyarustamova.blogspot.com/p/mqallrim.html
Комментариев нет:
Отправить комментарий