Konstuktiv
təlim əsasında aparılan tarix dərslərində interaktiv metodlardan istifadənin səmərəliliyi.
S.Bəhlulzadə adina Xarici Dillər
Təmayüllü gimnaziyanın
müəlliməsi
Açar sözlər: baza bilikləri ,
tarixi hadisələrin inkişaf mərhələləri, tarixin tədrisi metodikası, təlimin
inkişafı mexnizmləri, konstruktiv təlim metodu, konstruktiv yanaşma.
Ключевые слова: базовые знания, этапы
развития исторического события, методика преподавания истории, механизмы развития обучения,
конструктивный метод обучения,
конструктивный подход.
Key worlds: basic
knowledge of the historical stages of development of events, methods of
teaching history, mechanisms of learning, constructive learning method, a
constructive approach.
Tarix fənninin tədrisi
metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilənən və hərəkətdə
olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr
çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi
günümüzdəki öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır.
Pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və onun inkişaf nəticələri ilə təsdiq edilir.
Tarix fənninin təlim məqsədlərini gerçəkləşdirərkən təlimə cəlb edilmiş şagirdlərin
yaş səviyyələrini də nəzərə almaq zəruridir.
Yuxarı siniflərə keçdikcə onların aldıqları
baza biliklərilə yanaşı bu və ya digər tarixi məlumatlardan nəticələr
çıxarmaq, hadisələri təhlil etmək kimi
qabiliyyətlər də formalaşır. Dərsin məğzi - öyrənmə prosesinin məcburi konponentidir. Tarixi
hadisələrin inkişaf mərhələləri bir-birini əvəz etdikcə bu hadisələrin öyrənilməsi
metodikası da fərqli yanaşmalar tələb edir. Tarixi şəxsiyyətlər və ya tarixi
hadisələrin eyni yanaşmadan tədris edilməsi çox vaxt istənilən nəticənin əldə
edilməsinə yardımçı olmur. Keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət
deyil. Tarixin tədrisi metodikası həm də şagirdlərdə düşünmək qabiliyyəti inkişaf etdirməlidir ki, onlar bu
hadisələrin həm də müasir dövrdə hansı nəticələr verdiyini görə bilsinlər. Bunun üçün də tarix dərslərini
təşkil edərkən müxtəlif təlim metodlarından istifadə etmək lazımdır.
Proqramları və dərslikləri
ənənəvi üsulda tərtib edilən siniflərdə
hələ də bəzi hallarda şagirdlərin passivliyi ilə qarşılaşırıq. Aşağı siniflərdən
fəal dərs metodları tətbiq edilmədiyi üçün bu şagirdlərin düşüncə tərzi də fərqli
inkişaf edir.
Təhsil sahəsində
aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin
inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin
idrak fəaliyyətinin fəallaşdırılması mexanizmləridir.
Tarix fənni təliminin metodoloji məqsədlərindən biri də sinifdə şagirdlərin idrak fəaliyyətinin təzahürü
üçün şəraitinin yaradılmasıdır. Bu məqsədin
reallaşdırılması yollarına nəzər salaq:
· müəllim məsələnin
həllində problemli – düşündürücü vəziyyət
yaradır;
· şagirdlərə
baza biliklərinə əsaslanan və şəxsi təşəbbüsləri ilə əldə etdikləri bilikləri
açıqlamalarına şərait yaradır;
· hər bir dərsin
qurulmasını və planını şagirdlərlə ilə
müzakirə edir;
· sinifdə hər
bir şagirdə üçün maraq doğuran atmosfer
yaradır;
· şagirdləri əldə
etdiyi nəticələri faktlarla sübuta yetirməyə həvəsləndirir;
· səhv etmək
qorxusu olmadan öz fikirlərini sərbəst
ifadə etməyə həvəsləndirir;
· yekun nəticədə şagird öz fəaliyyət prosesini tək və ya işlədiyi qrupla birgə qiymətləndirir.
Nəzərə alsaq ki, XXI
əsr texnologiyalar əsridir, təhsil
alan şagirdlərin İKT biliklərinə olan
marağı daha da artmışdır. Müxtəlif təlim sistemləri üstəgəl İKT biliklərinin
sintezindən əmələ gələn dərs prosesində iştirak etmək proqramı və dərsliyi ənənəvi
üsulda tərtib edilmiş şagirdlərin də haqqıdır. Профессор Я.Я.Аьайев yazır
ki: “Hягиги тялим цчцн метод вя технолоэийалар гаршыйа гойулмуш мягсяд вя
шяраитдян асылы олараг сечилмялидир. Она эюря дя мцяллимляр мягсяд вя шяраитя, фяння,
мювзуйа, шаэирдлярин тяжрцбя вя билик сявиййясиня uyğun
olan бцтцн тялим моделляриндян, мцхтялиф методика вя технолоэийалардан истифадя
етмялидирляр. Ясас одур ки, тялим ушаглары инкишаф етдирсин, онлара дцшцнмяк,
мцстягил фикир сюйлямяк, биликлярини тятбиг едя билмяк баcарыглары ашыласын,
онларда цнсиййят, анлашма мядяниййяти формалашдырсын” (1, с.81).
Bunu reallaşdırmaq
isə bir pedaqoq kimi bizim üzərimizə düşür. Bunun üçün müəllim özünün baza
bilikləri ilə yanaşı müxtəlif təlim və teninqlərdə əldə etdiyi biliklər və təcrübələr,
İKT bilikləri vasitəsi ilə yaradıcı yanaşma üsullarının vəhdətini təşkil etməklə
dərsləri qurmalıdır. Konstruktiv yanaşma
ilə interaktiv təlim metodu bəzi dərslərin qurulmasında daha yaxşı effekt
verir. Mən bunu 9-cu sinif Yeni tarix dərsinin son paraqrafını keçərkən müşahidə
etdim. Hamımıza məlumdur ki, tədris ilinin sonunda şagirdlər artıq bir qədər
yorğun və dərsə olan maraqları nisbətən
azalmış olur. Belə olduğu halda, sinifə daxil olan müəllim elə bir yaradıcı
yanaşma tətbiq etməlidir ki, sinif, necə deyərlər, canlansın. Mən də öz növbəmdə
bunu konstruktiv təlim metodu ilə həyata keçirməyi qərara aldım.
Beləliklə, 9-cu
sinifdə Yeni tarix dərsi, son paraqraf:
" İran, Çin və Hindistan mədəniyyəti"
.
Şagirdlər aşağı
siniflərdən artıq bu mövzularla qarşılaşdıqlarında onlar sərbəst şəkildə mədəniyyət ifadəsinin dəqiq mənasını
açıqlaya bilirlər. Onlar qədim dövrdən formalaşan, zaman keçdikcə bu və ya digər
səbəblərdən yaranmış, məhv olmuş mədəniyyətləri sadalayırlar. Bir məhv olmuş mədəniyyətin
qalıqları üzərində fərqli mədəniyyətin formalaşması prosesini izah edirlər. Xəritədən
istifadə etməklə Kritdə, Mesopotamiyada – iki
çay arası mədəniyyətlərin formalaşması və məhv olması haqda olan bilikləri
yada salırlar. Xalqların böyük köçünün, Sasani və ərəb işğallarının, monqol
yürüşlərinin hansı nəticələrə səbəb olduğunu
müzakirə edirlər. Şagirdlər bu
prosesin gedişində yada salır, müqayisə edir, bəzi qruplaşdırmalar aparır, nəticələr
çıxardırlar. Düşündürücü suallarla dərsin
gedişi daha da maraqlı olmağa başlayır:
·
Öyrəndiyimiz
tarixə qədər müxtəlif sivilizasiyaların toqquşması nəticəsində hansı nailiyyətlər
əldə olunmuşdur?
·
Məhv olmuş mədəniyyətlərin
qalıqları hansı təzahürlərdə özünü büruzə verir?
Dərslikdə İran, Çin
və Hindistan mədəniyyətinin XVII əsrin ikinci yarısından – XVIII əsrə qədər olan dövrü öyrənilmək üçün tərtib
edilmişdir. Hər ölkənin mədəniyyəti spesifik xüsusiyyətlərə malik olduğu kimi,
onların inkişafının ortaq nöqtələri də var. Şagird artıq baza biliklərini yada
salıb, dərslikdə verilmiş nümunəyə hansı
aspektdən yanaşacağını düzgün müəyyənləşdirədirə
bilir.
Sinif 4 qrupa bölünür, hər qrup öz tapşırığını alır:
I qrup - İran Çin və
Hindistan dövlətlərinin iqtisadi-siyasi vəziyyətini Venn dioqramında işləyin
II qrup - İran Çin və
Hindistan dövlətlərində yaranan yeni əsərləri Venn dioqramında işləyin
III qrup - İran Çin
və Hindistan dövlətlərində memarlıq sahəsindəki məlumatları Venn dioqramında
işləyin
IV qrup - İran Çin və
Hindistan dövlətlərinin sənətkarlıqda əldə etdiyi yenilikləri Venn dioqramında
işləyin
Məqsəd bu ölkələrin
verilmiş dövrə qədər hansı səviyyəyə qədər inkişaf etdiyini ilkin mənbədən mənimsəmək,
əvvəlki mədəniyyətlərdən olan üstünlükləri
qeyd edərək müqayisə aparmaq, verilmiş
ölkələrin mədəniyyətləri arasındakı oxşar və fərqli əlamətləri qeyd etməkdir.
Bunun üçün şagirdə 15 dəqiqə vaxt ayrılır. Şagird araşdırma apararkən müəllim
onların diqqətini dövlətlərdə hakim olan dini mənsubiyyətlərinə də yönəldir. Ayrı-ayrılıqda hər bir dövlətdə
baş verən yüksəlişi təhlil etmək üçün
şagirdlər əvvəlcə məlumatları qruplaşdırırlar, sonra müqayisə edib nəticə
çıxarırlar. Beləliklə,
İran: bu dövrdə nəzərə çarpan siyasi və iqtisadi tənəzzül, maarif və elmin inkişaf səviyyəsi,
tarixşünaslıqda və digər sahələrdə yaranın yeni əsərlər, şəhərsalma və memarlıqda olan irəliləyişlər, sənətkarlıq və ticarətin inkişaf səviyyəsi,
bununla yanaşı ölkədəki siyasi vəziyyətin
inkişafa təsiri müzakirə olunaraq nəticə əldə edildi. Daxili ara müharibələri
və xarici müdaxilələr İran mədəniyyətinin inkişafına mənfi təsir göstərsə də,
ümumilikdə sadalanan sahələrdə uğurlar qazanılmışdır.
Hindistan: Avropa işğalları ərəfəsində hind mədəniyyətinin
səviyyəsi, Avropa ən-ənələrinin bu mədəniyyətə təsiri, yaranan yeni bədii əsərlərdə sadə xalq istəklərinin
obrazlı canlandırılması, hind sənətkarlığının
inkişafı müzakirə olunaraq nəticə əldə edilir. Avropa ilə Hindistan
arasında əlaqələr qurulurdu, yaranan cəmiyyətlər hind mədəniyyətini Avropada
tanıdırdı, memarlıq öz inkişafının ən
yüksək səviyyəsinə çatmışdı (yaradılan memarlıq nümunələrinin adları qeyd
olunur).
Çin: tarixin bu dövründə mancur ağalığının təsirləri, monumental memarlıq tikililəri, yaranan yeni
əsərlər, rəssamlıq və sənətkarlıq
nümunələri, özünütəcrid siyasətinin
yaratdığı təsirlər haqdakı məlumatlar qruplaşdırılır, müzakirə olunaraq nəticə əldə
edilir. Avropada və Asiyada tətbiq olunan yeni üsullar özünütəcrid siyasəti yeridən Çinə ciddi təsir edə bilmirdisə də XX əsrin
əvvəllərinə kimi mancur dili Çin dili ilə eyni statusu daşıyaraq dövlət dili
olmuşdur.
Vaxt bitdikdən sonra
qruplar öz işlərini təqdim edirlər:
Oxşar cəhətlərini
müzakirə edərkən şagird belə nəticəyə gəlmişdir ki, verilən dövrdə hər 3 dövlətdə
müəyyən inkişaf nəzərə çarpır, memarlıq, incəsənət , sənətkarlıq və yeni əsərlərin
yaradılması hər 3 dövlətdə baş vermişdir. Şagirdlər təşəbbüs göstərərək bunu nəticə
olaraq sxem şəklində işləmişlər:
İran
(fərqli xüsusiyyətlər)
|
Hindistan
(fərqli xüsusiyyətlər)
|
Çin
(fərqli xüsusiyyətlər)
|
Oxşar cəhətlər
|
Siyasi və iqtisadi
tənəzzül nəzərə çarpır
|
Avropa işğalları baş
verib ( İngiltərə)
|
Özünütəcrid siyasəti
yeridilirdi
|
Siyasi proseslər baş verirdi
|
Həsən Murtuza əl-Hüseyni
"Sultan tarixi", Nadir şah
Əfşara və Kərim xan Zəndə
aid əsərlər
|
Vəliyulla"Ətil Allah əl-Baliqan", Benqal dilinə tərcümə,
Əbdülqadir Bedilin
"ədalətli hökmdar"
obrazının təsviri
|
Ensiklopediya, lü-ğətlər, "Ədəbiyya-
tın dörd bölməsinin
tam külliyatı", Çao
Syksenin "Qırmızı
sarayda yuxu"
|
Coğrafiya, fəlsə-
fə və tarixə aid
yeni əsərlər
yaranmışdır
|
Şirazda ucaldılan
tikililər və tikintidə istifadə edilən mürəkkəb həndəsi bəzəklər və naxışlar
|
Dehlidə Cümə məs-cidi, Ralcputan
Sarayı, Vicapur
və Qolkondda məscidlər
|
Pekin sarayı, Mukdendəki impe-
rator
mavzoleyi
|
Memarlıq inkişaf etmişdir
|
Sənətkarlıqda gümüş
məmulatlar, xalça, ipək, atlas və məxmər parçalar
|
Fil sümüyü və ağac-dan
hazırlanan na-xışlı əşyalar, metal və saxsı məmulatlar
|
Sümükdən və
mərmərdən incə əşyalar
|
İpək parça üzərində zərif naxış və mürək-kəb
cizgilər, sümükişləmə
|
Bir təlim prosesində
şagirlərə tətbiq edilən müəllim yaradıcılığı, dəstək və təşviqi, emosional təcrübə
və reaksiya mexanizminin daxil edilməsi ilə
intensiv müstəqil araşdırma fəaliyyəti meydana çıxmış olur. Şagirdə yönəldilmiş
düşündürücü suallar onda təfəkkürün inkişafına səbəb olmaqla yanaşı, təhliletmə qabiliyyətini də aşılamış olur.
Beləliklə, təlim prosesi zamanı şagird yalnız məlumat əldə etməklə kifayətlənməyib,
baza biliklərini də istifadə etməklə müqayisə aparır, nəticə əldə edir.
Bu prosesin gedişində
fənlərarası və fənn daxili inteqrasiyanı da yaddan çıxartmaq olmaz. Çünki baza
bilikləri fəndaxili inteqrasiyanın təzahürüdür. Fənlərarası inteqrasiyada
coğrafiya və Azərbaycan tarixinə aid xəritələr, müəyyən məlumatlar ətraflı tədqiqat
işi üçün əlverişlidir.
Konstruktiv yanaşma
ilə aparılan interaktiv dərslər çox maraqlıdır. Bu dərslər əməkdaşlıq,
yaradıcılıq üçün şərait yaratmaqla şagirdlərdə həm də bir-birini dinləmək və
qiymətləndirmək bacarıqlarını da inkişaf etdirir.
Konstruktiv Təlimin əsas məqsədləri öncə şagird təffəküründə, onun təmasda
olduğu bilik haqqında anlam yaratmaq, sonra anlamı biliyə çevirmək, onun üzərində
çoxlu iş apararaq, təkrarlayaraq bacarıq yaratmaqla bərabər, həm də onun başqa
biliklərlə ortaq münasibətlərini, elementlərini taparaq, onu yeni formada tərtib
edib yeni biliklər yaratmaqdır. (F. Bunyatova)
Məqalənin elmi
yeniliyi: Müəllif müəllimin
özü baza bilikləri ilə yanaşı
müxtəlif təlim və teninqlərdə əldə etdiyi biliklər və təcrübələr, İKT bilikləri
vasitəsi ilə yaradıcı yanaşma üsullarının vəhdətini təşkil etməklə, dərsləri konstruktiv yanaşma ilə interaktiv təlim
metodları əsasında qurmasının effektiv- liyini
isbat edir.
Məqalənin praktik əhəmiyyəti
və tətbiqi. Məqalədə irəli
sürülən müddəalardan və praktik dərs nümunəsindən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə etibarilə qeyd tnmək
lazımdır ki, konstruktiv yanaşma
ilə keçirilən interaktiv dərslər şagirdlərdə
çox maraq doğurmaqla yanaşı, həm də onlarda əməkdaşlıq, yaradıcılıq üçün şərait
yaradır şagirdlərdə bir-birini dinləmək və qiymətləndirmək
bacarıqlarını da inkişaf etdirir. Konstruktiv təlimin
əsas məqsədləri şagird təffəküründə,
bilik haqqında anlam yaratmaq, sonra anlamı biliyə çevirmək, onun başqa biliklərlə ortaq münasibətlərini,
elementlərini taparaq, yeni biliklər
yaratmaqdır.
Istifadə edilmiş ədəbiyyat
1. Аьайев Я.Я. Тялим просеси: яняня вя мцасирлик,
«Адилоьлу» няшриййаты, Бакы, 2006.
2. M.Qasımlı,
O.Musayeva, H.Cabbarov, "Yeni tarix" 9 - cu sinif (dərslik),
"Kövsər", Bakı-2014
3. Ф.Бунятова.Конструктивное
обучение.Баку,”Зия-Нурлан”, 2008.
Gültəkin
Rüstəmova
Konstuktiv
təlim əsasında aparılan tarix dərslərində interaktiv metodlardan istifadənin səmərəliliyi.
Məqalədə qeyd edilir
ki, pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və onun inkişaf nəticələri ilə təsdiq edilir.
Müəllif qeyd edir
ki, təhsil sahəsində aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif
istiqamətlərdə təlimin inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən
biri də şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması mexanizmidir.
Tarix fənni təliminin metodoloji məqsədlərindən biri də sinifdə şagirdlərin idrak fəaliyyətinin təzahürü
üçün şəraitinin yaradılmasıdır. Müəllif bu məqsədin reallaşdırılması mexanizmini nəzərə çatdırır.
Daha sonra müəllif dərs
ilinin sonunda Yeni tarix proqramında nəzərdə tutulan sonuncu mövzunu konstruktiv
təlim metodu ilə təşkil etdiyini nəzərə çatdıraraq təcrübəsini paylaşır.
Гюльтекин Ргстамова
Эффективность использования
интерактивных методов на уроках
истории, организованных на основе конструктивного обучения
В статье отмечается, что эффективность
организации педагогического процесса уеверждается образованием и его результатами.
Автор отмечает, что врезультате проводимых в
нашей республике реформ в области
образования появились механизмы развития образования в разных
направлениях. Одним из этих механизмов является механизм активизации
мыслительной деятельности учащихся.
Одним из методологических целей
преподавания истории является создание
условий для проявления мыслительной деятельности учащихся на уроке. Автор
приводит пример реализации этого механизма.
Автор приводит пример из своего опыта
проведения в 9-ом классе последнего по программе урока по новой истории по конструктивному методу.
Şagirdin şəxsiyyət kimi formalaşdırılması
prosesində vaxtdan səmərəli istifadə
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq
Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər: innovativ
proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq
mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный
гражданин, распределение времени, формирование
гражданской позиции, нравственные качества.
Key words: Innovative processes, citizen-patriot, citizen
equal distribution of time, the formation of civic, moral qualities.
Bu gün Azərbaycan təhsilində həyata keçirilən
innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi
yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub
olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı
bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir
şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən
keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz
hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi
öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
Vətənpərvər vətəndaş
yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək
müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik
cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin inkişafına şərait yaradan zəruri keyfiyyətdir.
Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini
vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik
isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq
bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik
dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin
cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi
onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün
özünə olan münasibətinin əks olunmasıdır.
Hal-hazırda cəmiyyətdə vətəndaşlıq
maraqlarının müntəzəm təminatı üçün
şagirdlərdə bu keyfiyyət yuxarı siniflərdən formalaşdırılmalıdır ki, bunun da nəticəsində onlar 18 yaşına çatıb vətəndaşlıq
hüququ qazananda, cəmiyyətin tam hüquqlu
üzvünə çevrilərək, aktıf fəaliyyətə başlaya bilsinlər. Təhsil prosesində şəxsiyyətin
formalaşdırılmasınin mühüm cəhəti odur ki, malik olduğu biliklərin məcmusunda o bir "vətəndaşlıq praktikası"nı da yaşaya bilir, belə ki, ona müəyyən vəzifələr tapşırılır, icra edərkən isə
şagird öz "əhəmiyyətini" hiss edir. Bu da onun gələcək həyatında
atdığı addımlarda, qəbul etdiyi qərarlatda bir qətiyyətlilik xarakterini
formalaşdırır. Düzgün müəyyənləşdirilmiş belə praktika məqsədyönlü şəkildə təşkil
edilməlidir.
Bizim tariximiz öz mənafeyini xalqının mənafeyinə
qurban vermiş vətənpərvərlik nümunələri ilə zəngindir. Bizim əcdadlarımızda
vətənə məhəbbət hissi o qədər yüksək olub ki, uğrunda canlarını belə əsirgəməyiblər.
Bu ,ən çox yadellilərlə mübarizələrə özünü əsk etdirir. Sinifdən sinifə keçdikcə
dərs prosesində belə hadisələri öyrənən şagird dərk edir ki, əcdadlarının ona
miras qoyduğu hər nə varsa onları qoruyub
gələcək nəsillərə ərməğan etməlidir. Bununla da şagird öz milli dəyərlərinə
qiymət vermək bacarığına yiyələnir, öz milli mirasına sahiblənir, gələcəkdə
müxtəlif şəraitlərdə öz milli maraqlarını qorumağı öyrənir.
Lakin bunu şagirdlərə necə öyrətmək lazımdır? Ənənəvi
dərs prosesində şagird passiv mövqedə qaldığı üçün tez yorulur, verilən
informasiyanın müəyyən bir qismini qavraya bilir. Belə olduğu halda biz keyfiyyətdən
danışa bilmərik. Mövzunun nə qədər maraqlı olmasından aslı olmayaraq əgər
şagird fərdilik hiss etmirsə, nəticə də
qənaətbəxş olmayacaq. Bu gün təhsilin yeni metodlarla tədrisinə diqqət
ayırırıqsa, şəxsiyyətin formalaşdırılması prosesini yeni metod və təlim texnologiyalarından
istifadə etməklə həyata keçirmək
lazımdır. Əvvəlcə biz məsələyə yeni prizmadan yanaşmalıyıq. Belə ki:
-
hər
bir şagirdə fərdi yanaşaraqla onun şəxsi keyfiyyətlərini üzə çıxarmaq
lazimdır;
-
bu
keyfiyyətlərin təlim prosesində düzgün istiqamətləndirilərək gələcək inkişafına
şərait yaratmaq zəruridir;
-
psixo-pedaqoji
şərait yaratmaqla şagirdlərdə özünə inam
aşılamaq əsasdır.
Ümumtəhsil məktəblərində hər bir şagirdə fərdi yanaşmaq
başlanğıcda mümkünsüz görünə bilər. Çünki müəllim hər bir şagirdlə fərdi olaraq işləməli, onun xarakterini,
qavrama qabiliyyətini, yaddaşını, təfəkkür tərzini yaxşı bilməli və yadda saxlamalı, hər bir şagird üçün onun imkanlarına müvafiq olan tədbirlər və fəaliyyət planı hazırlamalıdır. Bu
o qədər sadə iş olmasa da, lakin mümkündür.
Dərs prosesində müxtəlif didaktik
metodların tətbiq edilməsi, istər qruplarla iş, istərsə də fərdi iş
metodlarının seçilməsi şagirdlərin zehni inkişafının istənilən şəkildə istiqamətləndirilməsi
ilə nəticələnir. Məqsəd isə şagirdləri vətənpərvər bir şəxsiyyət kimi
yetişdirməkdir.
Bütün bu prosesin vaxtında işlənib hazırlanması,
onun şagirdlər tərəfindən dərk edilərək mənimsənilməsi müəyyən zaman
intervalında baş verəcək. Hər işin öhdəsindən vaxtında gələ bilməsi üçün əvvəlcə
şagirdlərə zaman-vaxt anlayışlarını düzgün aşılamaq, onları vaxtdan səmərəli
istifadə etməyə yönləndirmək lazımdır.
8-ci sinifdə tədris olunan "İnsan və cəmiyyət"
fənnində belə bir mövzu yer alıb "Zaman
və səmərəli həyat." Burda İ.V.Hötenin bir deyimini xatırlatmaq yerinə düşər:
"Önəmli işlər, əsla önəmsiz işlərin insafına tərk edilməməlidir".
Amma şagird hələ önəlmi işləri önəmsiz
işlərdən ayıra bilmirlər. Ona görə də öz
vaxtlarını düzgün bölə bilmirlər, nəticədə isə istənilən nəticə alınmır.
Gələcəkdə, cəmiyyətin tam hüquqlu vətəndaşı olduqda,
onların zamanla bağlı problemlərinin olamaması üçün məktəbdə təlim prosesində
şagirdlərə vaxtdan səmərrəli istifadə etmək, işlərini planlı şəkildə qurmaq
kimi vərdişlər aşılanmalıdır. Müsbət əxlaqi keyfiyyətlərlə yanaşı bu keyfiyyətlərin
də tərbiyə edilməsi gənc nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi
formalaşmasına yardım etmiş olar. Vaxtından səmərəli istifadə etməyi bacarmayan
şəxs cəmiyyətdə layiqli yerini tuta bilməz. Yüksək əxlaqi dəyərlərimiz olan
islam dəyərlərində də qeyd edilir ki, zaman Allahın bizə verdiyi əvanətlərdən
biridir və biz onun dəyərini bilməliyik.
Dərs
prosesində şagirdlərə əvvəlcə zaman haqqında tarix dərslərində əldə etdikləri
biliklər əsasında bir ümumiləşdirmə aparmaq tapşırılır: hər bir qrup müxtəlif
dövlətlərdəki zaman hesablama sistemi haqqındaq bilgi verməlidir.
Bəşər cəmiyyəyinin ilk dövrlərindən başlayaraq
insanların zamanı hesablamaq üçün istifadə etdikləri müxtəlif sistemlər, il
başlanğıcları günəş və su saatlarının kəşfi haqqında bilgilər dinlənilir.
Sonra şagirdlərin nəzərinə lövhədə əvvəlcədən
yazılıb amma üstü örtülmüş bir araşdırma mətni çatdırılır. Mətnin üzəri açılır,
lövhədə bunlar yazılıb:
70 il həyat;
-20 il yuxu;
-16 il təhsil almaq;
-4 il yemək;
-4 il səyahət;
-5 il şəxsi qulluq;
-3 il kino, teatr, televizor;
-3 il telefon danışıqları;
-1 il itmiş əşyaların axtarılması;
-14 il geriyə qalan zaman dilimi.
Müxtəlif müzakirələr aparılır, sonda nəticəni dinləməzdən əvvəl müəllim
başqa bir misal da çəkir (Əvvəlcədən sinifə bir şüşə qab və müxtəlif ölçülü
daşlar qoyur). Şüşə qabı əlində tutaraq onun içinə iri daşları qoyur, sinifə
müraciət edir, qab doludurmu?
Bəziləri "bəli", bəziləri
"xeyr", bəziləri "qismən doludur",- deyirlər. Sonra müəllim
bir qədər kiçik daşları qabın içinə yerləşdirir və yenə soruşur ki, qab
doludurmu, yoxsa yox, eyni cavabları alır, sonra qaba qum tökür, qum qabdakı
bütün böşluqları tutur, yenə sinifə sual olunanda hamı qabın boş olduğunu
deyir, bundan sonra isə qaba su tökülür,
qab artıq doludur. Burdan nə nəticə çıxır? Şagirdlər müxtəlif versiyalar söyləyir,
bəziləri vaxtlarını hələ çox olduğunu, bəzisi
hələ hər şeyin qabaqda olduğunu və s. fikirlər söyləyirlər. Müəllim isə nəticə
olaraq son fikri söyləyir: “Əgər böyük daşları əvvəlcədən yerləşdirməsən,
kiçiklər yerləşdiriləndən sonra böyüklərə yer qalmaz. Bəs həyatımızdakı böyük daşlar nədir?”
Şagirdlərin cavabı müxtəlifdir, ailəmiz, sevdiklərimiz, gələcəyimiz, təhsilimiz,
sağlamlığımız və s. Müəllim şagirdlərin fikrini cəmləşdirib ümumi nəticə çıxarır:
“Həyatınızın mühüm mərhələlərinə başlamamışdan öncə dayanın və dərindən fikirləşin,
sizin həyatınızda böyük daşlar nədir? Əgər
o, ailənizdirsə, siz ailənizin etimadını doğrulda bilmək üçün qətiyyətli olmalı
və qarşınıza qoyduğunuz məqsədə nail olmalısınız. Ailənizin etimadını
doğrultmaqla siz həm də həqiqi vətəndaş, cəmiyyətdə önəmli yer tutan bir şəxsiyyət
olcaqsınız. Eyni sözləri sevdikləriniz, gələcəyiniz, sağlamlığınız haqqında da əsaslandırmaq
olar. Əsas odur ki, istər şəxsi həyatınız, istərsə də gələcəkdə iş həyatınız
olsun, istəklərinizi əhəmiyyətinə görə sıralayın.
Vaxtınızı düzgün bölün.
Bir fəaliyyət planı tərtib edin.
Fikrinizi yayındıran məslələrdən uzaq durun.
Sizdə inamsızlıq yaradan dostlarınızdan uzaq durun.
Yuxu rejiminizi mütamadi qaydada nizamlayın.
Şəraitdən asılı olmayaraq optimist olun.
Hər işdə bir xeyir olduğuna inanın.
Səhvlərinizdən nəticə çıxarın.
Qərar verməyə tələsməyib, böyüklərin fikrini dinləyin.
Dərsin sonunda şagirdlərin gəldiyi nəticə: hər bir
şagird gələcəyin vətəndaşı, vətəninin patriotu, cəmiyyətin şəxsiyyəti kimi
yetişmək üçün vaxtından düzgün istifadə etməlidir. Bu günün baza bilikləri gələcəyimizə
qoyulan sərmayəmizdir.
Məqalənin
elmi yeniliyi ondan
ibarətdir ki, şəxsiyyətin hərtərəfli inkişafında, onun vətənpərvər vətəndaş kimi
formalaşdırılmasında vaxtdan səmərəli
istifadə etməyin, onu düzgün bölüşdürməyin əhəmiyyətli olduğu vurğulanır və bir
dərsin təcrübəsində isbat edlir.
Məqalənin
praktik əhəmiyyəri və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan və göstərilən təcrübədən müəllim və tərbiyəçilər
faydalana bilərlər.
Nəticə. Şagirdlərin hətərəfli inkişaf etmiş şəxsiyyət və vətənini
sevərək onu hər an qorumağa hazır olan vətənpərvər kimi fomalaşmasdırılması
üçün onlara müsbət əxlaqi keyfiyyətlərlə yanaşı eyni zamanda
vaxtdan səmərəli istifadə etmək vərdişləri də aşılanmalıdır.
İstifadə edilmiş ədəbiyyat:
1. Sadıqov
F.B. Pedaqogika, Bakı, “Adiloğlu”, 2006.
2.R.Süleymanov, A.Abuşov "Mən və
karyeram","ASCOMP" MMC ,Bakı, 2013
3.Ə.Ağayev,U.Ələkbərov "İnsan və cəmiyyət",
VIII sinif dərslik, “Təhsil”, Bakı, 2012.
4. Hasan Başarı "Hayatı güzel ve Anlamlı
Yaşamak", Hayat yayımları, İstanbul, 2003
Гюльтекин Рустамова
Из
опыта привития навыков эффективного использования времени в процессе формирования личности ученика.
Резюме
В статье рассказывается о формировании личности ученика,
о его всестороннем развитии и о привитии ему навыков эффективного использования своего времени. Автор
отмечает, что сначала нужно разъяснить учащимся понятие «время», постараться направлять их на
правильное использование времени, умение различать важные и второстепенные дела и первым делом решать
главное дело. В этом и заключается рациональное использование времени.
Автор приводит пример
одного урока по предмету «Человек
и общество», где темой является «Время и рациональная жизнь».
В статье также говорится о возможностях уроков истории в
привитии учащимся чувств патриотизма.
Rustamova Gultakin
From the experience of imparting skills for effective use of time
during the formation of the student's personality.
Summary
The article describes the formation of the
student's personality , his all-round development and instilling him the skills
to effectively use their time. The author notes that students first need to clarify
the concept of "time" , try to guide them on the proper use of time ,
the ability to distinguish between important and minor things and the first
thing the main thing to decide . This is the time management .
The author cites the example of a lesson on the
subject " Man and Society ", where the theme is "Time and
rational life."
The article also talked about the possibility of
history lessons in instilling students feelings of patriotism.
The article describes the use of interactive
teaching methods in classes V-VI c implementation of curriculum , and in high
school, where the training is conducted by traditional methods. At the
beginning of the article the author talks about the students 5th grade who had
just started to gain knowledge on different subjects from different teachers
and their gradual adaptation . The author notes that in such circumstances, it
is important to create an environment in the classroom where children would
feel at ease , where they would be interested. To this end, the author suggests
using didactic role playing and notes the effectiveness of these lessons
Testlərin bu şəkildə cavablandırılması başa çatdıqdan və şagirdlərin keçən dərsi tam mənimsədiklərinə əmin olandan sonra isə dərsin yeni mərhələsinə keçid alırıq.
Rüstəmova Gültəkin
S.Bəhlulzadə adina Xarici Dillər
Təmayüllü
gimnaziyanın
müəlliməsi
Rəyçi:
Namiq Əliyev,
tarix
üzrə fəlsəfə doktoru
Açar
sözlər: kurikulumun
tətbiqi, sinif şagirdlərinin adaptasiyası, rollu oyunlar, didaktik oyunlar, uzaq keçmişə səyahət, metodika və
texnologiyalar, bilik və
bacarıqların formalaşdırılması.
Ключевые
слова: внедрение
курикулума, адаптация учащихся V классов, ролевые игры, дидактически игры, путешествие
в далёкое прошлое,
методика и технологии, формирование знаний и умений.
Key
worlds:
implementation of the
curriculum, students adaptation V classes, role play, educational games, the
journey to the distant past, technique and technology, building knowledge and skills.
2008-2009
cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda
kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə
yiyələnirlər.
Adətən
ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar
əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il
eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı
fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar.
Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə
göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri
tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini
necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı
alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan
xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə
qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar
hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni
bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları
maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq
olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə
bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər
daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə
bilsinlər. Профессор Я.Я.Аьайев yazır
ki, hягиги тялим цчцн метод вя технолоэийалар гаршыйа
гойулмуш мягсяд вя шяраитдян асылы олараг сечилмялидир. Она эюря дя мцяллимляр
мягсяд вя шяраитя, фяння, мювзуйа, шаэирдлярин тяжрцбя вя билик сявиййясиня
эюря бцтцн тялим моделляриндян, мцхтялиф методика вя технолоэийалардан истифадя
етмялидирляр. Ясас одур ки, тялим ушаглары инкишаф етдирсин, онлара дцшцнмяк,
мцстягил фикир сюйлямяк, биликлярини тятбиг едя билмяк бажарыглары ашыласын,
онларда цнсиййят, анлашма мядяниййяти формалашдырсын» (1, с.81).
V
sinifdə tədris edilən Azərbaycan tarixi
fənni bu cür yanaşma üçün çox əlverişlidir. əsrlərdən bəri formalaşan şifahi
ədəbiyyat nümunələrmiz bir növ tarixin yaşanmışları ilə yoğrulu. Nağıllar,
əfsanələr, dastanlar uşaqlar üçün maraqlı olduğu üçün tarix fənninin tədrisində bu janrların
qəhrəmanlarını didaktik oyunlara gətirmək faydalı olar. Bu yaş dövründə uşaqlar özlərini nağı və dastanların qəhrəmanlara
bənzətməyə meyl edirlər. Məhz bu xüsusiyyətlərini nəzərə alaraq şagirdlərin
gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına müsbət təsir etmək məqsədilə
dərslikdə verilən materiallara bir növ yeni bir oyun kimi yanaşmaq olar. Bu cür
yanaşma şagirdi həm öyrədir, həmdə tərbiyə edir, onda bilik və bacarıqların formalaşmasına şərait
yaradır, yüksək əhval- ruhiyyə aşılayır. Ən əsası isə şagird öyrənməkdən həzz alır və
təlimə daha həvəslə yanaşır. Azərbaycan tarixi dərslərində müəllim şagirdlərin
yaş xüsusiyyətini nəzərə alaraq dərsi maraqlı təşkil etmək məqsədilə
təxəyyülünü işə salaraq belə didaktik oyunlar düşünüb tapır və tətbiq edir. Mən V – VI
siniflərdə bir çox mövzuları sujetli-rollu oyunların təşkilindən
istifadə etməklə tədris edirəm.
Yüxarı
siniflər hal-hazırda kurikulum proqramı ilə deyil ənənəvi üsulla dərs
keçirlər. Lakin bu siniflərdə də interaktiv təlim metodlarınin tətbiqi
sinifdə ən passiv şagirddə belə dərsə maraq oyadır. Yuxarı siniflərdə ənənəvi
dərs quruluşu ilə yanaşı mövzudan asılı olaraq dəyirmi masaların təşkili,
öyrənilən mövzunun əks tərəflərdən təhlili və müzakirəsi, tarixi hadisələrin
dəyərləndirilməsi və yadda saxlanılması
fənnin tədrisi prosesində müsbət nəticələr verir. Bu həmçinin şagirdlərdə
faktları düzgün təhlil etmə və sərbəst fikir formalaşdırma bacarığının
inkişafına müsbət təsir göstərir. Azərbaycan tarixi və ümumi tarix fənlərindən
didaktik oyunlar təşkil edilərkən aşağıdakı metodiki suallara cavab verilməlidir:
Oyun
prosesində tarixi baxımda yiyələnəcəkləri bilik və bacarıqlar;
Oyunu
təşkil etmək üçün tələb olunan resurslar;
Mövzuya
uyğun oyunun qaydalarını daha səlist və az vaxt ərzində şagirdə izah etmək:
Oyunun
keçirilməsi zamanı şagirdlərin fəallığına nəzarət;
Oyuna
ayrılan vaxt və qiymətləndirmənin təşkil edilməsi;
Sadalanan
prosesi düzgün təşkil edərkən əldə etdiyim nəticə;
Proqramda
verilən mövzunun tam mənimsənilməsi;
Təlim
standartlarını yerinə yetirən dərsin təşkili;
Şagirdlərin
intelektual səviyyəni yüksəltməklə onlarda məntiqi yanaşma, müstəqil fikir
yürütmə və yaradıcı imkanlara yol
açmanın ikişaf etdirilməsi;
Dərsin
mənimsənilməsinə gərgin proses kimi yanaşmadan, onu əyləncə dolu maraq
dünyasında reallaşdırmaq:
Aərbaycan
tarixi fənnindən V sinifdə aşağıdakı aşağıdakı mövzunun tədrisi zamanı həyata
keirdiyim oyun və metodlar:
Mövzu:
Erkən şəhərlər, Üzərliktəpə, II Kültəpə.
Standartlar:
1.2.1.
dövrün öyrənilməsində maddi mənbələrin rolunu izah edir;
1.2.2.
illüstrasiya şəkil və sənədli materiallardan istifadə etməklə tarixi
tədqiqat aparır;
2.1.1.
insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi
şəraiti ilə əlaqələndirir;
2.1.2.
xəritələrdə Azərbaycan ərazisində mühüm tarixi abidələri müəyyənləşdirir:
Təlimin
məqsədi:
1. Azərbaycanda orta tunc dövrünə aid maddi mənbələrin
tariximizdə rolunu izah etmək;
2. Illüstrasiyalar istifadə etməklə o dövürdə
insanların həyatını təsvir etmək;
3. Qədim dövrlərdə insanların Azərbaycan ərazisində
yaşaması üçün coğrafi mövqein xüsusiyyətlərini və əlverişli şəraiti müəyyənləşdirmək;
4. Azərbaycan ərazisindəki ilk insan məskənlərinin,
erkən şəhərlərin yerini xəritədə müəyyənləşdirmək.
Təlim forması: kollektiv və kiçik qruplarla iü
Təlim üsulu: didaktik oyun, diskussiya
Inteqrasiya: C 3.1.2.: Ü-t 3.1.2.: 2.1.2
Resurslar: İKT, xəritə, dərslik, illustrasiyalar, marker, iş
vərəqləri, flipçat, yapışqanlı lent və s.
Şagirdləri lazım olan vəsaitlərlə təmin edirəm.
Motivasiya (3dəqiqə):
Dərsin
bu mərhələsində şagirdlərə mürəciət edirəm, əgər siz o dövrdə yaşasaydınız və
yaxud da bir “zaman maşınınız” olsaydı və sizi keçmişə apara bilsəydi, o dövrə
getsəydiniz .... cümləni tamamlamadan onların üzündə necə maraq dolu ifadələr
yarandığının şahidi oldum. Və proses başlanır...
Proyektor
vasitəsi ilə qədim dövrə aid maddi mənbələrdən nümunələr və qədim şəhərlərin qalıqlarının görüntüləri
ekranda canlandırılır, şagirdlər illustrasiyalar əsasında öz fərziyyələrini
söyləyirlər, xəritədə qədim yaşayış məskənlərinin yerini müəyyənləşdirirlər.
Sonra Azərbaycan tarixinin qədim dövr elektron materialı (orta tunc dövrü)
nümayiş etdirilir.
Təlimin
məqsədinin izah etdikdən sonra şagirdləri qruplaya ayırıram. Təbii ki indiki
texnaloji inkişafın əhatəsində olan şagird birdən birə özünü uzaq keçmişdə
təsəvvür edə bilmir. Onlarda bir qədər təsəvvür oyatmaq üçün audiovizual tədris
vəsaitindən istifadə edirəm. Uyğun mövzu ilə əlaqəli görüntüləri şagirdlərin
diqqətinə çatdırıram. Burada həm coğrafiya, həm də ümumi tarix fənnlərindən
əldə etdikləri bilikləri də xatırlamağı
tövsiyyə edirəm.
Tədqiqat
sualı: İlkin şəhər
mərkəzəri hansı şəraitdə meydana gəldi?
Tədqiqatın aparılması: Qrupların hər birinə sual və tapşırıq verilir, iş
vərəqləri paylanılır. Bundan əlavə hər qrupa ayrı-ayrı xronoloji tapşırıq
verilir: oyun xarakteri daşıyan bu tapşırığın mahiyyəti şagirdlərin əvvvəkli
dərslərdə keçdiklərini necə qavramasını təyin etmək üçündür. Qruplardan ikisinə
müxtəlif illər yazılmış vərəqlər paylanılır, burada şagirdlər o illərdə baş
verən hadisələri müəyyənləşdirməlidirlər. Digər iki qrupa isə müxtəlif
hadisələr yazılmış vərəqlər paylanılır, burada isə şagirdlər hadisələrin baş
verdiyi illəri tapmalıdırlar. Dərsin sonunda tapşırığın hansı qrupda daha tez
və düzgün yerinə yetirildiyi elan edilir və şagirdlər bu oyunun qalibi olaraq
rəğbətləndirilir.
Tədqiqatın başlanğıcında bir şagird
şəhər hakimi secilir, o tacirlərin, sənətkarların, əkinçilərin, dulusçuların nümayəndələrini
yanına çağırır. Onlara tapşırır ki, Üzərliktəpəyə və II Kültəpəyə getsinlər,
ordan öz sənətlərinə uyğun məlumatlar əldə edib
gətirsinlər. Ən yaxşı və düzgün
məlumat verənlər hakimin ənamını alacaq. Hakimin yanından çıxanlar öz
tapşırıqlarının dalınca yollanırlar. Tapşırıqlar bunlardan ibarət olur:
I qrup:
Tacirlər- İlkin
şəhər mərkəzləri harda salınıb? O
yaşayış evlərinin
xüsusiyyətlərini sadalayın. Xəritədə
ilkin şəhər mərkəzlərinin yerini müəyyən edin.
II
qrup: Sənətkarlar
-qədimdə əhalinin yaşayış tərzini o dövrə aid maddi nümunələrin şəkli əsasında
təsvir edin. Üzərliktəpə yaşayış yerinin xəritədə yerini tapın və haqqında
bilgilər nümayiş etdirin.
III
qrup: Əkinçilər
-Xəritədə qədim yaşayış yerini müəyyənləşdirin. Orada qədim əhalinin yaşayış
tərzini tapılmış maddi nümunələr əsasında təsvir edin.
IV
qrup: Dulusçular
- şəhər tipli yaşayış yerlərinin xüsusiyyətlərini venn dioqramında işləyin,
xəritədə onların yerini müəyyən edin. Onların tarixini zaman oxunda qeyd edin.
Məlumatın
mübadiləsi:
qruplar ayrılmış vaxt ərzində suallara cavab hazırlayır. Tapşırıqları yerinə
yetirirlər.
Informasıyanın
müzakirəsi:
cavablar müzakirə olunur yönəldici suallara şagirdlərə informasiya mübadiləsi
üçün şərait yaradılır. Şəhər hakimi hər bir nümayəndəni ayrı-ayrılıqda dinləyir
və onları topladığı məlumatlara görə rəğbətləndirir.
Qruplar
|
Mənbələrdən düzgün
Istifadə və təqdimetmə
|
Tapşırıq vaxtında yerinə yetirilib
|
əməkdaşlıq
|
Ümumi nəticə
|
I.Tacirlər
|
||||
II Sənətkarlar
|
||||
III. Əkinçilər
|
||||
IV. Dulusçular
|
Nəticə
və ümumiləşdirmə:
Orta
tunc dövründə insanların həyatında baş verən dəyişiklik. Ikinci böyük əmək bölgüsü
sənətkarlıqla məhsul istehsalındakı dəyişikliklər. Uzaq şəhərlərə ticarət
əlaqələrinin yaranması və mal mübadiləsi.
Ev
tapşırığı:
internet resurslarından istifadə etməklə Azərbaycanda erkən dövr şəhərləri
mövzusunda esse yazmaq.
Orta
tunc dövrü maddi mənbələrinə aid şəkillər əsasında slayd hazırlamaq.
Qiymətləndirmə
meyarları
1) Izahetmə
2) Müəyyənetmə
Formativ
qiymətləndirmə:
Zəif
|
Orta
|
Yüksək
|
Erkən şəhərlərinöyrənilməsində
maddi mənbələrin rolunu
müyyən edir
|
Maddi mənbələrin rolunu sualların köməyi ilə izah
edə bilir
|
Maddi mənbələrin rolunu əsaslandıraraq izah edir
|
Erkən şəhərləri tanıyır, xəritədə yerini göstərə
bilmir
|
Xəritədə erkən şəhərlərin yerini çətinliklə
müəyyən edir
|
Xəritədə erkən şəhərlərin yerini müəyyənləşdirir
|
Dərsin
yekununda şagirdlər həm meyarlara, həm də əlavə verilən tapşırığı daha tez və
düz yerinə yetirdiklərinə görə qiymətləndirilir. Dərs prosesində oyunun
mahiyyəti şagirdlərdə düşüncə tərzini formalaşdıraraq, onların keçmişə bir
xəyali səyahətindən tarixi hadisələrə baxışı müzakirələrdə dinlənilir. Əlavə tapşırıqda birincilik qazanmış
şagirdlər xüsusi qeyd edilir, onların sualları və verilən cavablar dinlənilir.
Tarix
maraqlı hadisələrlə, görkəmli şəxsiyyətlərin həyatından örnəklərlə zəngin
fənndir. Bundan istifadə edərək şagirdlərə
müsbət keyfiyyətlər aşılamaq
olar. Gənclərimizin şəxsiyyət kimi formalaşmasında tarix fənninin rolu
danılmazdır.
Məqalənin
elmi yeniliyi: ondan
ibarətdir ki, burada ilk dəfə didaktik oyunlardan rollu oyunlardan istifadə
etməklə tarix fənninə marağın artırılması rolları göstərilmişdir.
Məqalənin
praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan, didaktik oyun metodlarından
tarix fənninin mənimsədilməsində bütrün fənn müəllimləri, eyni zamanda yuxarı
məktəbəqədər yaşlı uşaqların dünyagörüşünün
formalaşdırılmasında tərbiyəçilər faydalana bilərlər.
Nəticə etibarilə deməliyik ki, təlim prosesində İKT və
digər interaktiv təlim üsullarından istifadə etməklə təlim keyfiyyətini
yüksəltmək, didaktik oyunlar metodundan istifadə edərək təlimə şagirdlərin
marağını artırmaq olar.
Istifadə
edilmiş ədəbiyyat.
1. Аьайев Я.Я. Тялим просеси:
яняня вя мцасирлик. «Адилоьлу» няшриййаты, Бакы, 2006.
2.
Sadıqov F.B. Pedaqogika, Bakı, 2006.
3. Rüstəmov F., Paşayev Ə. Pedaqogika
(yeni kurs). Bakı, 2002.
4. Mahmudlu Y., Cabbarov H., Hüseynova
L., Azərbaycan tarixi V sinif (dərslik), “Təhsil”, Bakı, 2012
Рустамова Гюльтекин
Использование ролевых игр на
уроках
истории Азербайджана и Всеобщей
истории.
В статье рассказывается об
использовании методов интерактивного обучения как в V-VI классах c
внедрением курикулума, так и в старших классах, где обучение проводится
традиционными методами. В начале статьи автор рассказывает
об особенностях учащихся 5-х
классов, которые только что начали получать знания по разным предметам от
разных преподавателей, и об их постепенной адаптации. Автор отмечает, что в
таких условиях очень важно создание на уроке таких условий, где дети
почувствовали бы себя раскованно, где им было бы интересно. С этой целью автор предлагает использовать дидактические
ролевые игры и отмечает эффективность
таких уроков.
Summary
Rustamova Gultekin
Using role-playing games in the classroom
Azerbaijan's history and world history .
Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq, dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова: новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words: new educational technology, the technology level, to research, to comprehense , to use project works, the use of curriculum.
Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.
Bir ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.
Ümumilikdə götürdükdə, tarix fənni sirrli maraqlı faktlarla doludur.Sadəcə bir qədər vaxt sərf edib dərsin mövzusunu əhatə edən faktları əldə e tmək, onları şagirdlərin diqqətinə çatdırmaq mövzunun mənimsənilməsinə müsbət təsir göstərir. Bu zaman şagirdlərin istəyini və hal-hazırki texnoloji inkişafın istənilən məlumatı əldə etmək imkanını nəzərə alsaq, ənənəvi dərsləri müasir tələblərə cavab verə biləcək səviyyədə quraraq təlimin ktyfiyyətini yüksəltmək olar.
Bütün fənnlərdə olduğu kimi tarix fənnində də hər bir mövzunun tədrisi özünəməxsus öyrətmə tərzi tələb edir. O cümlədən, İKT-dan istifadə etməklə və əlavə materiallar əsasında mövzunun tam mənimsənilməsinə və şagirdlərin yaddaşına həkk olunmasına nail olmaq mümkündür. Məsələn: dərslər ənəəvi üsulla tədris edilərkən 6-cı sinifdə Ümumi tarixi fənnindən proqrama “Əhəmənilər dövləti” mövzu yerləşdirilib. Mətnin sonunda dövlətin süqut olması yalnız bir cümlə ilə qeyd olunub. Burada Makedoniyalı İsgəndərin adı çəkilir və şagird televiziyada yayınlanan filmlərdə bu şəxsiyyət haqqında məlumatı olduğuna görə daha dəqiq məlumat istəyir. Orada göstərilirdi ki, “Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövrünə Makedoniyalı İsgəndərin Şərqə yürüşü nəticəsində e.ə 330-cu ildə süqut etdi”. Niyə? Şagirdi bu sual düşündürür: Nə baş verdi? Hadisələrin inkişafı şagirdə maraqlıdır. Dərslikdə səbəb göstərilmir, deməli, səbəbi şagird özü axtarmalıdır. Sinifdə İKT-nin köməkliyi ilə axtarış verilir və şagirdlər cavabı müəyyən edirlər: ” ...E.ə.331-ci ilin yazında İsgəndər yenidən Asiyada göründü. Yunan-Makedoniya qoşunları Fərat və Dəclə çaylarını keçib Arbela yaxınlığında Qavqamela kəndinin ətrafında düşərgə saldılar. E.ə. 331-ci il oktyabrın 1-də burada İsgəndər qoşunları ilə III Daranın qoşunları arasında üçüncü vuruşma oldu. Qavqamela vuruşması nəinki qədim dövrün ən iri vuruşmalarından biri, həm də makedoniyalı fatehin bütün vuruşmalarının ən çətini idi. III Daranın orduları darmadağın edildi. Şah bir neçə satrapla və kiçik bir qoşun dəstəsi ilə Madanın paytaxtı Ekbatanaya qaçdı… Əhəməni dövlətinin həyati əhəmiyyətə malik mərkəzlərinin hamısının yolu İsgəndərin üzünə açıldı. Persepoldakı şah sarayı yandırıldı.Lakin son dərəcə ağır tələfata baxmayaraq, III Dara hələ qisas almaq ümidində idi və Madada qoşun toplamağa başladı. III Dara İsgəndərlə mübarizəni məhz Madada davam etdirmək ümidində idi. O, Madada yeni qoşun toplamağa çalışırdı və bu işdə müəyyən uğurlar qazanmışdı. Lakin bir qədər sonra vəziyyət dəyişdi. Aydınlaşdı ki, kadusilər və skiflər III Daranın tərəfini saxlamırlar. Məhz buna görə III Dara Ekbatananı tərk edib monarxiyanın şərq əyalətlərinə qaçdı və tezliklə orada öz köməkçisi Bess tərəfindən öldürülü.” Dərsin gedişində İkt-dən istifadə etməklə qurulan dərsdə mövzuya aid əlavə faktların öyrənilməsi şagirdlərin yaddaşına həkk olunur: o dövrdə Əhəmənilər imperiyasının tərkibindəki xalqlar onlara edilən zülmün nəticəsində Əhəməni qoşununda vuruşmaqdan imtina edirlər.
Müasir dövrün inkişaf tempini nəzərə alaraq bu gün məktəbin qarşısında cəmiyyətə düşünən, yaradıcı tətbiqetməni bacaran, sərbəst fikir söyləməklə yanaşı onu əsaslandıran şəxsiyyərlər yetişdirmək vəzifəsi durur. Şagirdin 11 il ərzində əldə etdiyi bilik və bacarıqlar, yaddaşına həkk olunmuş faktlar gələcəkdə harada olmasından asılı olmayaraq onun baza biliklərini təşkil edir. Müasir üsulla təşkil edilən dərs prosesində müəllim-şagird baryeri aradan qaldırılır. Belə bir şəraitdə İKT tətbiq edən müəllimin şagirdlərlə münasibəti daha səmimi olur. Şagird belə müəllimi özünə daha yaxın bilir, onunla informasiya mübadiləsi edir, əlavə tədqiqat aparmaq üçün istiqamətin müəyyənləşdirməsini müzakirə edir, digərlərindən fərqlənmək və uğur qazanmaq üçün məsləhətlər alır. Belə işgüzar şərait onların bilik və bacarıqlarının inkişafı ilə yanaşı tədqiqat apararaq yeni faktları əldə edib, bunun üzərində fikir yürütmək bacarıqlarının yaranmasına da imkan verir. Müasir dərsin bu gün qarşımıza qoyduğu tələb şagirdə axtarış aparmaq, dərk etmək, tətbiq etmək və s. bacarıqları aşılamaqdır.
Yeni bilikləri şagirdlərə yalnız öyrətməklə kifayyətlənmək olmaz. Öyrəndiklərini yadda saxlamaları üçün onlara uyğun şərait yaratmaq, xüsusən də tarix dərslərində maraqlı strategiyalar tətbiq etməklə verilən bilikləri möhkəmləndirmək daha faydalı olar. Məsələn: 8-ci sinif Azərbaycan tarixi proqramında “Azərbaycan Çobani və Cəlairilərin hakimiyyəti altında” adlı mövzu vardır. Bu mövzuda Məlik Əşrəfin Qızıl Orda xanı Canı bəy tərəfindən taxtdan salmasından bəhs edilir. Dərslikdə Məlik Əşrəfin edam olunduğu yazılır. Amma hadisələrin necə cərəyan etməsi, təbii ki, açıqlanmır (əgər hər baş verən hadisənin açıqlaması və izahı salnamələrdə verildiyi kimi açıq şəkildə yazılsa, mövzu çox böyük alınar ki, bu da şagirdin qavraması üçün çətinlik törədər ). Bu mövzunu tədris tdərkən Vaqif Piriyevin “Azərbaycan XIII – XIVəsrlərdə” adlı kitabından bir mənbə kimi istifadə edərək, oradakı salnamələrdə əks olunmuş edam səhnəsini şagirdlərin nəzərinə çatdırmaq şagirdlərdə böyük maraq doğurar. Bu zaman şagirdlər dəqiq öyrənirlər ki, Məlik Əşrəf Canı bəy tərəfindən edam edilməyib. Çünki, mənbədə yazılır: ” ...Canı bəy Məlik Əşrəfi öldürmək fikrində deyildi, onu öz ölkəsinə ( Qızıl Ordaya) aparmaq istəyirdi. Lakin, şirvanşah Kavus, Qazi Məhiyyəddin Bərdəyi və başqa yerli feodallar bildirirlər ki, Əşrəf öldürülməsə əhali mübarizədən əl çəkməz və iğtişaş baş verər. Canı bəy fikrindən dönür və Əşrəfi onların sərəncamına verir. Məlik Əşrəf edam olunmaq üçün meydana gətirilir. Yolda təbrizlilər onu cəlladın əlindən alır, atdan çəkib yerə atırlar, böyrünə xəncər sancırlar,...Əşrəfin edam mərasimi təbrizlilərin şadlıq bayramına çevrilir. Əhali dəstə-dəstə Marağalılar məscidinə tərəf axışır və Əşrəfin asılmış başına lənətlər yağdırırdılar” (2, səh 156). Hadisələrin salnamələrdə əks olunmuş təsviri şagirdlərin yaddaşından silinməyəcək, Hülakülər dövlətinin süqutunu həmişə dəqiqliklə yadda saxlayacaqlar. Burada şagirdin diqqəti faktların dəqiqliyinə, yəni əslində Məlik Əşrəfin ölümü və bununla da Hülakülər dövlətinin süqutunun hansı şəraitdə baş verməsinə yönəldilir. Baxmayaraq ki, Məlik Əşrəf Hülakü nəslinin nümayəndəsi deyildi, amma onun ölümü ilə dövlətin də faktiki varlığına son qoyuldu. Bu fakt şagirdlərin diqqətinə çatdırılmaqla əqli nəticə əldə edilir.
Təcrübə göstərir ki, dərsdə müxtəlif təlim üsullarından istifadə etmək, İKT-dən əldə edilən məlumatlarla yanaşı müxtəlif ədəbiyyatlarla da işləmək təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir, şagirdlərin fəallığını artırır. Onların bu fəallığını daha da artırmaq məqsədilə növbəti dərslərin gedişində araşdırmanın aparılmasını şagirdlərin özlərinə həvalə etmək təlimin səmərəliliyini daha da artırır. Hər dəfə yeni məlumat müəllim tərəfindən təqdim edilərsə, şagirdlərin araşdırma aparmaq bacarığı inkişaf tdə bilməz. Odur kl, sinifə müraciət edərək ev tapşırığında “Keçilən mövzu ilə əlaqədar daha maraqlı, və fərqli məlumatlar əldə etməklə kim təqdimat hazırlaya bilər? “ - deyə müraciət etdikdə, şagirdlər arasında elmi rəqabət yaranır. Gələn dəfə üçün hər kəs elə bir təqdimat nümayiş etmək istəyir ki, fərqli və maraqlı olsun. Bununla da şagirdin fənnə olan marağı və istəyi daha da artmış olur. Yaradıcı yanaşmanı inkişaf etdirmək məqsədi ilə şagirdlərə prezentasiyaların hazırlanması, vebsaytların yaradılması, elektron testlərdə biliklərini sınamaq kimi metodlar təklif edilir. Bu zaman şagirdlər bir-birindən fərqli individual olaraq işlər təqdim etməyə çalışır, bu isə onlarda fənnə olan marağı daha da artırır.
Şagirdlər yarışmanı sevir, ona görə də onlara bir yarışma elan edib, təqdim edəcəkləri işəri də elə məhz özlərinin qiymətləndirməsini həvalə etməklə təlim prosesini bir qədər də canlandırmfq olar . Təqdimatları ya qruplar şəklində, ya da fərdi individual olaraq təqdim edə bilərlər. Əsas odur ki, dəqiq faktlara söykənən, ətraflı, fərqli bir iş olsun. İndiki nəsl kompyüterlə işləmək bacarığına görə özündən əvvəlki nəsilləri çox geridə qoyub. Bəs niyə onların bu bacarıqlarını təlimə yönəltməyək? Şagird kompyüter biliklərindən təlimin bir çox mərhələlərində istifadə tdə bilər:
1.Yeni materialların izah olunmasında,
2.Aldığı məlumatların möhkəmləndirilməsində,
3.Təkrar edərkən(onlayn testlər və s.)
4.Kiçik və böyük summativ qiymətləndirilmələrdə.
Bu vaxt şagird müxtəlif funksiyalar yerinə yetirmiş olur:
1.Kollektiv əməkdaşlıq,
2.Oyun şəklində dərsin mənimsənilməsi,
3. Bir-birini dinləmə bacarığına yiyələnmək,
4 .Qiymətləndirilmədə şəfaflığa alışmaq
Kompyüterdən istifadə etməklə şagird:
1.Müəllimin köməyi olmadan informasiya əldə edə bilir,
2.Multimediadan istifadə etməklə sərbəst iş yaradır,
3.Fərdi informasiya mühitinə sahib olur,
4.Biliyinin möhkəmləndirilməsi üçün məşq edir,
5.Özünü qiymətləndirməyi bacarır.
Məlumdur ki, kurikulumun tətbiqi bu dərs ilindən (2013/ 2014) 6-cı sinifləri əhatə edir. 7 – 11-ci siniflərdə oxuyan şagirdlərin kurikulum sistemində dərs keçmək kimi bir vərdişləri olmadığından, onlar üçün bir növ ənənəvi dərs və müasir dərsin vəhdətini təşkil edən dərs prosesinin təşkili məqsədəuyğundur. Doğrudur, onlarda müasir dərs vərdişi ibtidai siniflərdən formalaşmayıb, amma bugünki şagirdlərin kompyüter biliklərini nəzərə alaraq müasir dərs sistemini onlara da tətbiq etmək olar. Plutarx deyib: ”Şagird qab deyil ki, onu doldurasan, o məşəldir, onu yandırmaq lazımdır”. Müasir təlimə keçid dövründə bu şagirdləri kənara qoyub onlarla yalnız ənənəvi üsulda dərs keçməklə biz onları” itirmiş” olarıq. Amma əksinə müasir üsulları onlara da tətbiq etdikdə bəhrəsi qənaərbəxş olur. Bu cür dərs prosesində sinifdə passiv şagirdlər belə diskusiyada iştirak etməyə can atır, dəyərli fakt söyləyə bilməsi üçün araşdırma aparır. Bunu şagirdlərin dərsə münasibətində açıq aydın görmək mümkündür, irəliləyiş varsa inkişaf da vardır.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki müəllif tarix dərslərində 7-11 ci sinif şagirdlərini tədqiqata cəlb etməklə UKT dən əlavə digər yazılı mənbələrdə istifadə etməklə şagirdlərin yaradıcılığı axtarış təfəkkur qabiliyyətlərinin inkişafına təkan verən üsulları şərh etmişdir.
Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Məqalədə irəli sürülən müddəalarda göstərilən təlim üsullarından yuxarı siniflərdə dərs deyən tarix və digər humanitar fənn müəllimləri faydalana bilər.
Nəticə etibarilə qeyd etməliyik ki istər kurikulum tətbiq edilən siniflərdə istərsə də 7-11-ci siniflərdə keçirilən ənənəvi dərslər zamanı İKT və yeni təlim metodlarından istifadə etməklə təlim keyfiyyətini artırmaq olar.
Istifadə edilmiş ədəbiyyat.
1.V.Əliyev, İ.Babayev,A.Məmmədova” Ümumi tarix”, Bakı,”Aspoliqraf”, 2013.
2. Piriyev Vaqif. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, “Nurlan”, 2003.
3. Sadıqov F.B Pedaqogika, Biznes Universitetinin nəşri. Bakı, 2006.
4. Paşayev Ə.X. Rüstəmov F.A. Pedaqogika “Çaşıoğlu” Bakı 2002.
Гюльтекин Рустамова
Организация уроков по истерии Азербайджана и всеобщей истории с применением ИКТ и дополнительных материалов.
Резюме
В статье автор отмечает, что внедрение новых технологий обучения, использование методов интерактивного обучения развивает мыслительную деятельность учащихся. У них формируется способность самостоятельно пополнять свои знания, проводить исследования. Далее автор отмечает большую роль презентаций, которую можно проводить в 5 – 7 классах при изучении истории. Для этого используются как ИКТ так и дополнительные материалы, разные источники.
В статье так же отмечается эффективность сотрудничества учителя с учащимися и их совместной работы в поиске решений поставленной задачи. Предлагается внедрять методы интерактивного обучения на традиционных уроках. Отмечается так же, на таких этапах обучения учащиеся могут использовать информации, полученные по интернету, и какие функции при этом они будут выполнять.
Rustamova Gultakin
The organization of lessons on istorii Azerbaijan and world history with the use of ICT and other materials.
Summary
The author notes that the introduction of new learning technologies , the use of interactive methods developed cognitive activities of students. They formed their own ability to improve their knowledge , to conduct research . The author further notes the important role of presentations, which can be done in 5 - 7 classes in the study of history. It uses ICT as well as additional material from many sources.
The article also noted the effectiveness of cooperation with teachers and students work together to find solutions to the problem. It is proposed to introduce interactive teaching methods in the traditional classroom. It is noted in the same way on these stages of learning , students can use the information obtained from the Internet, and what functions do they will perform.
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər
Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail:
gultekin_xdtg@box.az
Rəyçilər: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Ramil Süleymanov
“Demokratik Gənclər”İctimai Birliyinin direktoru.
Sosial Servislər və Veb 2.0 Texnalogiyalar
üzrə Beynəlxalq təlimçi/ekspert
Açar sözlər: fəaliyyət proqramı, "Veb-2.0"
alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs,
Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun
dağılması" adlı link, sosial
servislərin mövcud resursları,
Ключевые слова: программа деятельности, использование "Veb-2.0" cервиса, урок,
построенный в рамках интерактивного
обучения, тесты, приготовленные по программе Photopeach, линк под названием
«Распад первобытнообщинного строя», существующие ресурсы
социальных сервисов.
Key
words: program activities, the use of "Web-2.0"
Service, lesson, built in an interactive learning tests made on the program Photopeach, link titled
"Disintegration of primitive society," the existing resources of
social services.
Təlim prosesinin planlaşdırılmasında hər bir müəllim müəyyən fəaliyyət proqramı müəyyənləşdirir: təlim
məqsədlərinin yerinə yetirlməsindən əldə edilən nəticə və bu nəticələrə nail
olmaq üçün həyata keçirəcəyi konkret iş planı.
Bu fəaliyyət proqramı müəllimə imkan verir ki, bununla qurulan təlim
prosesinin əsas mahiyyətini tam dərk etsin və nəticədə bu prosesin
planlaşdırılmasına daha səmərəli yanaşsın. Təlim prosesinin səmərəliliyi ilk
olaraq təlim metodunun məqsədyönlü seçilməsindən aslıdır. Bununla əlaqədar
olaraq fəal dərsin quruluşunda əlverişli
metod və texnaloji yanaşmadan geniş
stifadə edilməlidir. Dərs prosesində İKT-nin istifadəsi yeni faktların yerindəcə öyrənilməsi, müzakirəsi və keçilən mövzuya aid əlavə
biliklərin əldə edilməsi baxımından praktik əhəmiyyətə malikdir.
Texnalogiyanın bugükü inkişaf sürətinə gənc nəsil bizdən daha tez yetişir. Onlar daha
sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində
informasiya mübadiləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların
imkanlarını bizdən daha tez aşkara çıxarırlar. Bu səbəbdən də onsuz da onların
maraq dairəsinin mərkəzində olan müasir texnalogiyalardan istifadə etməklə, təlim
prosesinə yaradıcı və rəqəmsal yanaşıb, öyrənmə prosesini cəlbedici formada
həyata keçirməklə şagirdlərin
diqqətlərini bu sahədə məşğul saxlamaq lazımdır. Şagirdlərdə müəyyən
olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu diqqətdən
kənarda qoymaq olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri
daşımır. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, sosial servislərin mövcud
resurslarından tədris prosesində çox geniş
istifadə olunur. Məsələn, facebook, tvitter kimi saytlardan daha çox ali məktəb
tədrisində müzakirələrin aparılmasında istifadə olunur.
İnternetin imkanlarından biri də “Veb 2.0”
texnologiyalarıdır. Şagirdlərin yaradıcı təfəkkürə malik şəxsiyyət kimi
yetişdirilməsində “Veb 2.0” texnologiyalarının imkanlarından bəhrələnərək
təhsilə tətbiq etməklə daha yüksək nailiyyətlər əldə etmək olar.
“Veb 2.0” texnologiyası nədir? “Veb 2.0” internetdə fəaliyyət göstərən ikinci
nəsl şəbəkə xidmətidir. Birinci nəsl- Veb 1.0 xidmətlərindən fərqli olaraq
burada daha geniş imkanlar var. Pedaqoji imkanlara nəzər salaq:
·
sərbəst
şəkildə təhsilə aid səhifələr yaratmaq (məs. şagirdlərdə yaradıcı yanaşma
aşılayaraq fərdi xüsusiyyətlərini inkişaf etdirmə baxımından diqqətinin təhsilə
yönəldilməsi );
·
açıq
,pulsuz , sərbəst və məqsədli şəkildə təhsilə aid elektron resursladan istifadə
(əlavə materialların əldə edilməsi);
·
qruplarda
fəaliyyət göstərərək müzakirə-diskusiyalar təşkil etmək (qrup tapşırıqlarının
həll edilməsi, mövzuların daha da dərindən qavranması məqsədilə geniş
müzakirə və fikir mübadiləsi);
·
şagirdin
bilik və bacarıqlarının qısa vaxt ərzində müəyyən edilməsi (onlayn testlər,
təqdimatlar, sxem və cədvəllərin qurulması);
·
şagirdlərə
internet resurslarından düzgün istifadənin aşılanması ilə onların gələcəkdə
üzləşə biləcəyi təhlükələrin qarşısının
alınması.
Şagirdin əldə etdikləri:
·
yeni
mövzunun müasir üsullarla öyrənilməsi;
·
biliyin
daha optimal şəkildə yoxlanılması;
·
layihələrin yaradılması və üzərində işlələmək;
·
virtual
kitabxanalar və muzeylər təcrübəsinin
qazanılması;
·
tədrisyönümlü
informasiyaların əldə edilməsi;
·
bilik
və bacarıqları nümayiş etdirmək məqsədilə mövzuya
fərdi yanaşma tərzinidən istifadə edilməsi;
·
əməkdaşlıq
etmək bacarığının əldə edilməsi.
Artıq bir çox ölkələrdə kompüter
texnologiyalarından və internet resurslarından tədris prosesində müəllim və
şagirdlərin səmərəli istifadə imkanları öyrənilib tətbiq edilməkdədir. Mütəxəssislər
belə təlim prosesindəki dəyişiklikləri xüsusi qeyd edərək nəticələrin qənaətbəxş
olduğunu vurğulayırlar. Bu dəyişikliklər təlimdə yenilik olmaqla yanaşı həm də
dərsin canlı keçməsinə optimal şərait yaradır.
Öz təcrübəmdə mən interaktiv təlim çərçivəsində
qurulmuş dərs prosesində keçilmiş dərsin təkrarlanması məqsədi ilə oyun
yarışlar keçirərək, dərsin ilk mərhələsindən şagirdlərdə xoş əhvali-ruhiyyənin
yaranmasına çalışıram. Açıq dərslərin təşkilində "Veb-2.0" alətlərdən
istifadə edilməsi şagirdlər tərəfindən kifayyət qədər maraqla qarşılanır, bu
cür hazırlanmış tapşırıqları yerinə yetirərkən yorulmurlar.
Açıq dərsin ilk mərhələsini keçmiş dərsin təkrarı
ilə başladım. Bugünkü mövzu həm də b ölmənin son mövzusu olduğu üçün testlərin
hazırlanmasında bütün b ölməni əhatə
edən testlərdən istifadə etməyi məsləhət bildim. Bunun üçün "Veb-2.0"
alətlərdən istifadə etməklə Photopeach proqramında hazırladığım testlərdən
istifadə etdim (http://photopeach.com/album/ehuh8d). Proyektor vasitəsi ilə lövhədə göstərilən testlər
müvafiq olaraq ibtidai icma dövrünü əks etdirən şəkillərin üstündə
yerləşdirilmişdi, şagirdə 5 saniyə vaxt ərzində sualın cavabını tapmaq
tapşırılır, vaxt bitəndə avtomatik olaraq sualın düzgün cavabı görüntülənir.
Beləliklə də, qısa vaxt ərzində şagirdin cavabının səviyyəsi müəyyən olunur.
Dərsin bu mərhələsinə təxminən 5 dəqiqə sərf olunur, oyun xarakteri
daşıdıgından şagirdlərdə elə dərsin ilk mərhələsindən yüksək əhvali-ruhiyyə
yaranır.
Açıq dərsdə istifadə edilən
testlərdən nümunələri təqdim edirəm:
Testlərin bu şəkildə cavablandırılması başa çatdıqdan və şagirdlərin keçən dərsi tam mənimsədiklərinə əmin olandan sonra isə dərsin yeni mərhələsinə keçid alırıq.
Yeni mövzunu elan etdikdən sonra
qısa mühazirə şəklində dərsin məğzini şagirdlərə çatdırıram. Poverpoint
proqramında əvvəlcədən hazırlanmış təqdimat şagirdlərin diqqətinə çatdırılaraq
orada ibtidai icma quruluşuna aid şəkillər barəsində fikirləri soruşulur. Bunun
üçün müəllim öz bloqundakı resursa keçid edir-http://gulyarustamova.blogspot.com/ -buradan
" ibtidai icma quruluşunun dağılması " adlı http://ru.calameo.com/read/0029476763f007d014677 linkə daxil olur. Səhifələr ekrana gəldikcə
şagirdlərin dərsə marağınin getdikcə
artdığını müşahidə edirəm . Nəhayət belə bir sualla şagirdlərə müraciət olunur:
Şagirdlər lövhədə nümayiş edilən illüstrasiyalar barədə öz
fikirlərini söyləyirlər: ibtidai icma quruluşuna aid əmək alətləri, ibtidai
icma quruluşuna aid yaşayış məskənləri, əmək alərlərinin sadədən mürəkkəbə
döğru inkişafı və s. Bundan sonra
lövhədə tədqiqat sualı
nümayiş olunur.
Şagirdlər tədqiqat sualını işləmək üçün qruplara
bölünür, bunun üçün onlar 1, 2, 3, 4,
5,6 sayaraq (sinifdə 30 şagird var) 5
qrupa bölünürlər. Sonra hər say
əvvəlcədən müəyyən edilmiş yerdə keçib
əyləşir. Dərs başlamazdan əvvəl rəqəmlər yazılıb və parta üzərində
yerləşdirilmişdir. Şagirdlər yerlərinə keçdikdən sonra, hər qrup üçün hazırlanmış
iş vərəqləri onlara paylanılır. Tədqiqat aparmaq üçün onlara 10 dəqiqə vaxt
ayrılır, vaxta dəqiq əməl edə bilmələri üçün proyektorla lövhədə saat nümayiş etdirilir. Şagirdlərin tədqiqat
sualını işlədikləri vaxt ərzində, müəllim onları müşahidə edir, sualı necə müzakirə
etməklərinə, əməkdaşlıq etməklərinə nəzarət edir. Vaxt bitir, qruplar işlərini
təqdim edirlər. Yenidən tədqiqat sualı oxunur, bu suala cavab tapa bilmək üçün
qruplara verilmiş tapşırıqlar dinlənilir. Qruplara aşağıdakı tapşırıqlar
verilib:
Məlumatların mübadiləsi üçün 7 dəqiqə vaxt
ayrılır. Dərsin növbəti mərhəəsində qruplara əlavə tapşırıqlar verilir, bu
tapşırıqların yerinə yetirilməsinə 5 dəqiqə vaxt ayrılır.
Sualların dinlənilməsinə də 5
dəqiqə vaxt ayrılır, suallar dinlənilir, cavablara əlavələr edilir. Qruplar
növbəti tapşırığı da yerinə yetirib əyləşirlər. Dərsin sonunda keçən vaxt
ərzində mövzular necə mənimsənildiyini müəyyən etmək üçün test-sorgu aparılır. Bunun
üçün növbə ilə hər
qrupun bir nümayəndəsi http://www.banktestov.ru/test/?id=21578 linkinə daxil olub bu sualları cavablandırır.
Dərsin sonunda
ekranda şagirdlərin səviyyəsini göstərən tablo açılır. Testlər düzgün
qiymətləndirildiyində maksimum bal 25 olaraq müəyyənləşdirilmişdir. 25 bal
toplayan qrupun işi "əla", 20
bal toplayanın qrupun işi " yaxşı", 15 bal toplayan qrupun işi isə
"kafi" qiymətləndirilir. Bu proses üçün 10 dəqiqə
vaxt ayrılır. Dərsin sonunda (3 dəqiqə) qiymətləndirmə və refleksiya aparılır.
Ev
tapşırığı olaraq şagirdələrə qrup tapşırıqlarında yerləşdirilmiş linklərdən
istifadə etməklə esse hazırlamaq tapşırılır: http://az.wikipedia.org/wiki/Sar%C4%B1%C3%A7oban_kurqan%C4%B1 və
Dərsin əvvəlində şagirdlərin diqqətini qrup
tapşırıqları olan səhifələrdəki kodlaşdırılmış yazı cəlb edir, orada yazılanlar
şagird üçün maraqlıdır. Müəllim şagirdlərin marağını dərsə yönəltmək məqsədi
ilə, onlarla belə bir razılığa gəlir: orda yazılanları dərsin sonunda
açıqlayacağam, amma onu necə düzəltməyi
qalib qrupun üzvlərinə öyrədəcəyəm. Şagirdlər dərs prosesi boyu qalib gəlməyə
və müəllimdən nəinki orda nə yazıldığını öyrənməyə, hətta o kodlaşdırmanı necə
edəcəklərini öyrənməyə çaışırlar. Təcrübə göstərdi ki, bu, şagirdlər üçün əla
stimul oldu. Bu kod http://qrcoder.ru/ hazırlanıb, yalnız nəzərə almaq lazımdır ki, bizim
əlifbadakı bəzi hərfləri burda yazmaq
olmur .
Beləliklə
"Veb-2.0"alətlərdən istifadə etməklə qurduğum dərs prosesi yüksək
əhvali-ruhuyyədə və əla mənimsənilmə göstəriciləri ilə başa çatdı.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, müəllif ilk dəfə olaraq "VEB-2" alətlərdən
istifadə etməklə Azərbaycan tarixi fənnindən
VI sinifdə “İbtidai icma quruluşunun dağılması” mövzusunda keçirdiyi dərsin
gedişini şərh edərək aldığı nəticələrdən bəhs edir və "VEB-2" alətlərdən
istifadə təcrübəsini bölüşür.
Məqalənin praktik əhəmiyyəri və tətbiqi. Müəllifin bu iş təcrübəsi yalnız tarix müəllimləri üçün deyil, həm də digər
fənn müəllimləri üçün də örnək ola bilər.
Nəticə etibarilə deməliyik ki, yeni təlim texnologiyalarından, o
cümlədən, "VEB-2" alətlərdən istifadə dərsləri müasir tələblər səviyyəsinlə qurmaq, və onunların səmərəliliyini artırmaq olar.
İstifadə edilmiş ədəbiyyat
1.Veysova Z. "Fəal/ interaktiv təlim: müəllimlər
üçün vəsait". UNİCEF, 2007
2.A. Məmmədova, Ümumi tarix -6-cı sinif, Müəllim
üçün metodik vəsait, ASPOLİQRAF, Bakı-2013,
3.A Məmmədova, Ümumi tarix, 6-cı sinif üçün iş dəftəri,ASPOLİQRAF, Bakı-2013,
4.
V.Əliyev,İ.Babayev,A.Məmmədova, Ümumi tarix 6-cı sinif üçün dərslik, ASPOLİQRAF,
Bakı-2013,
5. R.
Süleymanov, A. Abuşov,
BOOK- Ve and Sosila
Servises (1).docx-Biz və sosial servislər http://ru.calameo.com/books/00255405046d756b5dd2f
Гюльтекин Рустамова
Из опыта организации открытого урока по истории
Азербайджана с использованием
«Veb 2.0» сервиса
Резюме
Автор статьи освещает открытый урок, проведенный ею в 6-ом классе по истории Азербайджана на тему
«Распад первобытнообщинного строя». На
уроке были использованы новые
интерактивные методы обучения, как мозговая атака и метод
обсуждения. На уроке также были
применены ИКТ. Автор впервые использует
компьютерную программу Photopeach для составления тестов и «Veb 2.0»
сервиса.
В статье разъясняется принцип работы программы Photopeach и «Veb 2.0»
сервиса.
Автор отмечает, что применение ИКТ и
интерактивных методов обучения повышает интерес учащихся к уроку, активизирует
их, и тем самым способствует повышению эффективности урока.
Rustamova Gultakin
From the experience of organizing an open lesson on
the history of Azerbaijan, using the «Web 2.0» service
Summary
The author highlights the open lesson conducted by
it in second class on the history of Azerbaijan on " The collapse of
primitive society ." At the lesson used new interactive teaching methods
like brainstorming and discussion method . At the lesson were also applied ICT
. The author first uses a computer program to compile Photopeach tests and «Web
2.0 " service.
The author notes that the use of ICT and interactive
methods of teaching increases students' interest in the lesson , activates them
, and thereby enhances the effectiveness of the lesson.
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
ОтветитьУдалитьwhatsapp nömrəsi + 1- (989-394-3740)