пятница, 13 декабря 2013 г.

“Veb 2.0” alətlərdən istifadə etməklə Azərbaycan tarixi fənnindən açıq dərsin təşkili təcrübəsindən

Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail:  gultekin_xdtg@box.az
Rəyçilər: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Ramil Süleymanov
“Demokratik Gənclər”İctimai Birliyinin direktoru.
Sosial Servislər və Veb 2.0 Texnalogiyalar üzrə Beynəlxalq təlimçi/ekspert

Açar sözlər:fəaliyyət proqramı,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı  link, sosial servislərin mövcud resursları,
Ключевые слова: программа деятельности, использование "Veb-2.0"cервиса,  урок, построенный в рамках интерактивного  обучения, тесты, приготовленные по программеPhotopeach, линк под  названием «Распад первобытнообщинного строя», существующиересурсы социальных сервисов.
Key words:program activities, the use of "Web-2.0" Service, lesson, built in an interactive learning tests made ​​on the program Photopeach, link titled "Disintegration of primitive society," the existing resources of social services.

Təlim prosesinin planlaşdırılmasında  hər bir müəllim müəyyən  fəaliyyət proqramı müəyyənləşdirir: təlim məqsədlərinin yerinə yetirlməsindən əldə edilən nəticə və bu nəticələrə nail olmaq üçün həyata keçirəcəyi konkret iş planı.  Bu fəaliyyət proqramı müəllimə imkan verir ki, bununla qurulan təlim prosesinin əsas mahiyyətini tam dərk etsin və nəticədə bu prosesin planlaşdırılmasına daha səmərəli yanaşsın. Təlim prosesinin səmərəliliyi ilk olaraq təlim metodunun məqsədyönlü seçilməsindən aslıdır. Bununla əlaqədar olaraq fəal dərsin quruluşunda  əlverişli metod və texnaloji yanaşmadan  geniş stifadə edilməlidir. Dərs prosesində İKT-nin istifadəsi  yeni faktların yerindəcə öyrənilməsi,  müzakirəsi və keçilən mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiyyətə malikdir.
Texnalogiyanın bugükü inkişaf sürətinə  gənc nəsil bizdən daha tez yetişir. Onlar daha sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində informasiya mübadiləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların imkanlarını bizdən daha tez aşkara çıxarırlar. Bu səbəbdən də onsuz da onların maraq dairəsinin mərkəzində olan müasir texnalogiyalardan istifadə etməklə,təlim prosesinə yaradıcı və rəqəmsal yanaşıb, öyrənmə prosesini cəlbedici formada həyata keçirməklə şagirdlərin  diqqətlərini bu sahədə məşğul saxlamaq lazımdır.Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu diqqətdən kənarda qoymaq olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri daşımır.Dünya təcrübəsinə nəzər salsaq görərik ki,sosial servislərin mövcud resurslarındantədris prosesində çox geniş istifadə olunur. Məsələn, facebook, tvitter kimi saytlardan daha çox ali məktəb tədrisindəmüzakirələrin aparılmasında istifadə olunur.
İnternetin imkanlarından biri də “Veb 2.0” texnologiyalarıdır.Şagirdlərin yaradıcı təfəkkürə malik şəxsiyyət kimi yetişdirilməsində “Veb 2.0” texnologiyalarının imkanlarından bəhrələnərək təhsilə tətbiq etməklədaha  yüksək nailiyyətlər əldə etmək olar.
“Veb 2.0” texnologiyası nədir?  “Veb 2.0” internetdə fəaliyyət göstərənikinci nəsl şəbəkə xidmətidir.Birinci nəsl- Veb 1.0 xidmətlərindən fərqli olaraq burada daha geniş imkanlar var. Pedaqoji imkanlara nəzər salaq:
· sərbəst şəkildə təhsilə aid səhifələr yaratmaq (məs. şagirdlərdə yaradıcı yanaşma aşılayaraq fərdi xüsusiyyətlərini inkişaf etdirmə baxımından diqqətinin təhsilə yönəldilməsi );
· açıq ,pulsuz , sərbəst və məqsədli şəkildə təhsilə aid elektron resursladan istifadə (əlavə materialların əldə edilməsi);


BLOQUM

BLOQUM