Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail: gultekin_xdtg@box.az
Rəyçilər: Namiq
Əliyev
tarix üzrə fəlsəfə
doktoru
Ramil Süleymanov
“Demokratik Gənclər”İctimai Birliyinin direktoru.
Sosial Servislər və Veb 2.0 Texnalogiyalar üzrə
Beynəlxalq təlimçi/ekspert
Açar sözlər:fəaliyyət proqramı,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı link, sosial servislərin mövcud resursları,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı link, sosial servislərin mövcud resursları,
Ключевые
слова: программа
деятельности, использование "Veb-2.0"cервиса, урок,
построенный в рамках интерактивного
обучения, тесты, приготовленные по программеPhotopeach, линк под названием «Распад
первобытнообщинного строя», существующиересурсы социальных сервисов.
Key words:program activities, the use of "Web-2.0"
Service, lesson, built in an interactive learning tests made on the program Photopeach, link titled
"Disintegration of primitive society," the existing resources of
social services.
Təlim prosesinin planlaşdırılmasında hər bir müəllim müəyyən fəaliyyət proqramı müəyyənləşdirir: təlim məqsədlərinin
yerinə yetirlməsindən əldə edilən nəticə və bu nəticələrə nail olmaq üçün həyata
keçirəcəyi konkret iş planı. Bu fəaliyyət
proqramı müəllimə imkan verir ki, bununla qurulan təlim prosesinin əsas mahiyyətini
tam dərk etsin və nəticədə bu prosesin planlaşdırılmasına daha səmərəli
yanaşsın. Təlim prosesinin səmərəliliyi ilk olaraq təlim metodunun məqsədyönlü
seçilməsindən aslıdır. Bununla əlaqədar olaraq fəal dərsin quruluşunda əlverişli metod və texnaloji yanaşmadan geniş stifadə edilməlidir. Dərs prosesində
İKT-nin istifadəsi yeni faktların yerindəcə
öyrənilməsi, müzakirəsi və keçilən
mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiyyətə
malikdir.
Texnalogiyanın bugükü inkişaf sürətinə gənc nəsil bizdən daha tez yetişir. Onlar daha
sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində
informasiya mübadiləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların
imkanlarını bizdən daha tez aşkara çıxarırlar. Bu səbəbdən də onsuz da onların
maraq dairəsinin mərkəzində olan müasir texnalogiyalardan istifadə etməklə,təlim
prosesinə yaradıcı və rəqəmsal yanaşıb, öyrənmə prosesini cəlbedici formada həyata
keçirməklə şagirdlərin diqqətlərini bu
sahədə məşğul saxlamaq lazımdır.Şagirdlərdə müəyyən olunmuş bacarıqların
inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu diqqətdən kənarda qoymaq
olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri daşımır.Dünya təcrübəsinə
nəzər salsaq görərik ki,sosial servislərin mövcud resurslarındantədris
prosesində çox geniş istifadə olunur. Məsələn, facebook, tvitter kimi
saytlardan daha çox ali məktəb tədrisindəmüzakirələrin aparılmasında istifadə
olunur.
İnternetin imkanlarından biri də “Veb 2.0”
texnologiyalarıdır.Şagirdlərin yaradıcı təfəkkürə malik şəxsiyyət kimi
yetişdirilməsində “Veb 2.0” texnologiyalarının imkanlarından bəhrələnərək təhsilə
tətbiq etməklədaha yüksək nailiyyətlər əldə
etmək olar.
“Veb 2.0” texnologiyası nədir? “Veb 2.0” internetdə fəaliyyət göstərənikinci
nəsl şəbəkə xidmətidir.Birinci nəsl- Veb 1.0 xidmətlərindən fərqli olaraq
burada daha geniş imkanlar var. Pedaqoji imkanlara nəzər salaq:
·
sərbəst
şəkildə təhsilə aid səhifələr yaratmaq (məs. şagirdlərdə yaradıcı yanaşma
aşılayaraq fərdi xüsusiyyətlərini inkişaf etdirmə baxımından diqqətinin təhsilə
yönəldilməsi );
·
açıq
,pulsuz , sərbəst və məqsədli şəkildə təhsilə aid elektron resursladan istifadə
(əlavə materialların əldə edilməsi);
Комментариев нет:
Отправить комментарий