среда, 1 января 2014 г.

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

                                                             
                                                     Gültəkin Rüstəmova
                                                                                S.Bəhlulzadə adına Xarici
                                                              Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq,  dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова: новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words:  new educational technology,  the technology level,  to research, to comprehense ,  to use project works,   the use of curriculum.


     Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması  bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq  mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək  hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi  formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə  fərdilik  və yaradıcı yanaşmanı da  inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint  proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə  şagirdlərin dərsə marağını artırmaq olar.
    Bir   ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi.  O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı  ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.  http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind.html

                                                      

Комментариев нет:

Отправить комментарий

BLOQUM

BLOQUM