Gültəkin Rüstəmova
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər: innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование гражданской позиции, нравственные качества.
Key words: Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.
Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
http://yeni-fikir.blogspot.com/2013/12/sagirdin-sxsiyyt-kimi-formalasdrlmas.html
http://yeni-fikir.blogspot.com/2013/12/sagirdin-sxsiyyt-kimi-formalasdrlmas.html