воскресенье, 2 ноября 2014 г.

Konstuktiv təlim əsasında aparılan tarix dərslərində interaktiv metodlardan istifadənin səmərəliliyi.

                                                                                Rüstəmova Gültəkin
                                                                       S.Bəhlulzadə adina Xarici Dillər
                                                                       Təmayüllü gimnaziyanın
                                                                      müəlliməsi
                                                    gultekin_xdtg@box.az

      


Açar sözlər: baza bilikləri ,  tarixi hadisələrin inkişaf mərhələləri, tarixin tədrisi metodikası, təlimin inkişafı mexnizmləri, konstruktiv təlim metodu, konstruktiv yanaşma.
Ключевые слова: базовые знания, этапы развития исторического события, методика преподавания истории,  механизмы развития обучения, конструктивный  метод обучения, конструктивный подход.
Key worlds:  basic knowledge of the historical stages of development of events, methods of teaching history, mechanisms of learning, constructive learning method, a constructive approach.
Tarix fənninin tədrisi metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilənən və hərəkətdə olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi günümüzdəki öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır. Pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və  onun inkişaf nəticələri ilə təsdiq edilir. Tarix fənninin təlim məqsədlərini gerçəkləşdirərkən təlimə cəlb edilmiş şagirdlərin yaş səviyyələrini də  nəzərə almaq zəruridir. Yuxarı siniflərə keçdikcə onların aldıqları  baza biliklərilə yanaşı bu və ya digər tarixi məlumatlardan nəticələr çıxarmaq, hadisələri  təhlil etmək kimi qabiliyyətlər də formalaşır. Dərsin məğzi - öyrənmə  prosesinin məcburi konponentidir. Tarixi hadisələrin inkişaf mərhələləri bir-birini əvəz etdikcə bu hadisələrin öyrənilməsi metodikası da fərqli yanaşmalar tələb edir. Tarixi şəxsiyyətlər və ya tarixi hadisələrin eyni yanaşmadan tədris edilməsi çox vaxt istənilən nəticənin əldə edilməsinə yardımçı olmur. Keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət deyil. Tarixin tədrisi metodikası həm də şagirdlərdə düşünmək  qabiliyyəti inkişaf etdirməlidir ki, onlar bu hadisələrin həm də müasir dövrdə hansı nəticələr verdiyini  görə bilsinlər. Bunun üçün də tarix dərslərini təşkil edərkən  müxtəlif  təlim metodlarından istifadə etmək  lazımdır.
Proqramları və dərslikləri ənənəvi  üsulda tərtib edilən siniflərdə hələ də bəzi hallarda şagirdlərin passivliyi ilə qarşılaşırıq. Aşağı siniflərdən fəal dərs metodları tətbiq edilmədiyi üçün bu şagirdlərin düşüncə tərzi də fərqli inkişaf edir.

Təhsil sahəsində aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması mexanizmləridir.  

BLOQUM

BLOQUM