воскресенье, 2 ноября 2014 г.

Konstuktiv təlim əsasında aparılan tarix dərslərində interaktiv metodlardan istifadənin səmərəliliyi.

                                                                                Rüstəmova Gültəkin
                                                                       S.Bəhlulzadə adina Xarici Dillər
                                                                       Təmayüllü gimnaziyanın
                                                                      müəlliməsi
                                                    gultekin_xdtg@box.az

      


Açar sözlər: baza bilikləri ,  tarixi hadisələrin inkişaf mərhələləri, tarixin tədrisi metodikası, təlimin inkişafı mexnizmləri, konstruktiv təlim metodu, konstruktiv yanaşma.
Ключевые слова: базовые знания, этапы развития исторического события, методика преподавания истории,  механизмы развития обучения, конструктивный  метод обучения, конструктивный подход.
Key worlds:  basic knowledge of the historical stages of development of events, methods of teaching history, mechanisms of learning, constructive learning method, a constructive approach.
Tarix fənninin tədrisi metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilənən və hərəkətdə olan tarixi komponentlərin qarşılıqlı əlaqəsindən ortaya müxtəlif nəticələr çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi günümüzdəki öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır. Pedaqoji prosesin təşkilinin səmərəliliyi təhsil və  onun inkişaf nəticələri ilə təsdiq edilir. Tarix fənninin təlim məqsədlərini gerçəkləşdirərkən təlimə cəlb edilmiş şagirdlərin yaş səviyyələrini də  nəzərə almaq zəruridir. Yuxarı siniflərə keçdikcə onların aldıqları  baza biliklərilə yanaşı bu və ya digər tarixi məlumatlardan nəticələr çıxarmaq, hadisələri  təhlil etmək kimi qabiliyyətlər də formalaşır. Dərsin məğzi - öyrənmə  prosesinin məcburi konponentidir. Tarixi hadisələrin inkişaf mərhələləri bir-birini əvəz etdikcə bu hadisələrin öyrənilməsi metodikası da fərqli yanaşmalar tələb edir. Tarixi şəxsiyyətlər və ya tarixi hadisələrin eyni yanaşmadan tədris edilməsi çox vaxt istənilən nəticənin əldə edilməsinə yardımçı olmur. Keçmişdə baş verən hadisələrin öyrənilməsi kifayət deyil. Tarixin tədrisi metodikası həm də şagirdlərdə düşünmək  qabiliyyəti inkişaf etdirməlidir ki, onlar bu hadisələrin həm də müasir dövrdə hansı nəticələr verdiyini  görə bilsinlər. Bunun üçün də tarix dərslərini təşkil edərkən  müxtəlif  təlim metodlarından istifadə etmək  lazımdır.
Proqramları və dərslikləri ənənəvi  üsulda tərtib edilən siniflərdə hələ də bəzi hallarda şagirdlərin passivliyi ilə qarşılaşırıq. Aşağı siniflərdən fəal dərs metodları tətbiq edilmədiyi üçün bu şagirdlərin düşüncə tərzi də fərqli inkişaf edir.

Təhsil sahəsində aparılan islahatlar nəticəsində respublikamızda müxtəlif istiqamətlərdə təlimin inkişafı mexnizmləri meydana çıxmışdır. Bu mexanizmlərdən biri də şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması mexanizmləridir.  

четверг, 18 сентября 2014 г.

Nəhayət ki, çəkilən əziyyətlər öz bəhrəsini verdi: Xarici Dillər Təmayüllü Gimnaziyanın və mənim fəxrim şagirdim İbrahimli Aytac Seyfulla qızı  "Qızıl medala" layiq görüldü...






среда, 25 июня 2014 г.

2013-2014-cü tədris ilində tam orta təhsil səviyyəsini bitirən cari ilin məzunları

2013-2014-cü tədris ilində tam orta təhsil səviyyəsini 

bitirən cari il məzunlarının buraxılış imtahanının 

nəticələri - mənim fəxrim şagirdlərim, təbrik edirəm,

 sizdən də bu nəticəni gözləyirdim...



среда, 1 января 2014 г.

Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən

 Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование  гражданской позиции, нравственные качества.
 Key words:  Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.

Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə  cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
 Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin  inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
http://yeni-fikir.blogspot.com/2013/12/sagirdin-sxsiyyt-kimi-formalasdrlmas.html

Azərbaycan tarixi və ümumi tarix dərslərində rollu oyunlardan istifadə təcrübəsindən

 Rüstəmova Gültəkin
                                                                       S.Bəhlulzadə adina Xarici Dillər
                                                                       Təmayüllü gimnaziyanın
                                                                      müəlliməsi
                                                    gultekin_xdtg@box.az

Rəyçi: Namiq Əliyev,
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: kurikulumun tətbiqi, sinif şagirdlərinin adaptasiyası, rollu oyunlar, didaktik oyunlar,  uzaq keçmişə səyahət, metodika və texnologiyalar, bilik və  bacarıqların  formalaşdırılması.
Ключевые слова: внедрение курикулума, адаптация учащихся Vклассов, ролевые игры, дидактически игры, путешествие в  далёкое прошлое, методика и технологии, формирование знаний и умений.
Key worlds:   implementation of the curriculum, students adaptation V classes, role play, educational games, the journey to the distant past, technique and technology, building knowledge and skills.

2008-2009 cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə yiyələnirlər.
Adətən ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar. Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə bilsinlər. Профессор Я.Я.Аьайев yazır ki, hягиги тялим 
http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind_17.html

Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili

                                                             
                                                     Gültəkin Rüstəmova
                                                                                S.Bəhlulzadə adına Xarici
                                                              Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq,  dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова: новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words:  new educational technology,  the technology level,  to research, to comprehense ,  to use project works,   the use of curriculum.


     Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması  bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq  mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək  hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi  formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə  fərdilik  və yaradıcı yanaşmanı da  inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint  proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə  şagirdlərin dərsə marağını artırmaq olar.
    Bir   ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi.  O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı  ,təbii ki mütərəqqi fikir üstünlük qazandı.  http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind.html

                                                      

пятница, 13 декабря 2013 г.

“Veb 2.0” alətlərdən istifadə etməklə Azərbaycan tarixi fənnindən açıq dərsin təşkili təcrübəsindən

Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail:  gultekin_xdtg@box.az
Rəyçilər: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Ramil Süleymanov
“Demokratik Gənclər”İctimai Birliyinin direktoru.
Sosial Servislər və Veb 2.0 Texnalogiyalar üzrə Beynəlxalq təlimçi/ekspert

Açar sözlər:fəaliyyət proqramı,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı  link, sosial servislərin mövcud resursları,
Ключевые слова: программа деятельности, использование "Veb-2.0"cервиса,  урок, построенный в рамках интерактивного  обучения, тесты, приготовленные по программеPhotopeach, линк под  названием «Распад первобытнообщинного строя», существующиересурсы социальных сервисов.
Key words:program activities, the use of "Web-2.0" Service, lesson, built in an interactive learning tests made ​​on the program Photopeach, link titled "Disintegration of primitive society," the existing resources of social services.

Təlim prosesinin planlaşdırılmasında  hər bir müəllim müəyyən  fəaliyyət proqramı müəyyənləşdirir: təlim məqsədlərinin yerinə yetirlməsindən əldə edilən nəticə və bu nəticələrə nail olmaq üçün həyata keçirəcəyi konkret iş planı.  Bu fəaliyyət proqramı müəllimə imkan verir ki, bununla qurulan təlim prosesinin əsas mahiyyətini tam dərk etsin və nəticədə bu prosesin planlaşdırılmasına daha səmərəli yanaşsın. Təlim prosesinin səmərəliliyi ilk olaraq təlim metodunun məqsədyönlü seçilməsindən aslıdır. Bununla əlaqədar olaraq fəal dərsin quruluşunda  əlverişli metod və texnaloji yanaşmadan  geniş stifadə edilməlidir. Dərs prosesində İKT-nin istifadəsi  yeni faktların yerindəcə öyrənilməsi,  müzakirəsi və keçilən mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiyyətə malikdir.
Texnalogiyanın bugükü inkişaf sürətinə  gənc nəsil bizdən daha tez yetişir. Onlar daha sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində informasiya mübadiləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların imkanlarını bizdən daha tez aşkara çıxarırlar. Bu səbəbdən də onsuz da onların maraq dairəsinin mərkəzində olan müasir texnalogiyalardan istifadə etməklə,təlim prosesinə yaradıcı və rəqəmsal yanaşıb, öyrənmə prosesini cəlbedici formada həyata keçirməklə şagirdlərin  diqqətlərini bu sahədə məşğul saxlamaq lazımdır.Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu diqqətdən kənarda qoymaq olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri daşımır.Dünya təcrübəsinə nəzər salsaq görərik ki,sosial servislərin mövcud resurslarındantədris prosesində çox geniş istifadə olunur. Məsələn, facebook, tvitter kimi saytlardan daha çox ali məktəb tədrisindəmüzakirələrin aparılmasında istifadə olunur.
İnternetin imkanlarından biri də “Veb 2.0” texnologiyalarıdır.Şagirdlərin yaradıcı təfəkkürə malik şəxsiyyət kimi yetişdirilməsində “Veb 2.0” texnologiyalarının imkanlarından bəhrələnərək təhsilə tətbiq etməklədaha  yüksək nailiyyətlər əldə etmək olar.
“Veb 2.0” texnologiyası nədir?  “Veb 2.0” internetdə fəaliyyət göstərənikinci nəsl şəbəkə xidmətidir.Birinci nəsl- Veb 1.0 xidmətlərindən fərqli olaraq burada daha geniş imkanlar var. Pedaqoji imkanlara nəzər salaq:
· sərbəst şəkildə təhsilə aid səhifələr yaratmaq (məs. şagirdlərdə yaradıcı yanaşma aşılayaraq fərdi xüsusiyyətlərini inkişaf etdirmə baxımından diqqətinin təhsilə yönəldilməsi );
· açıq ,pulsuz , sərbəst və məqsədli şəkildə təhsilə aid elektron resursladan istifadə (əlavə materialların əldə edilməsi);


BLOQUM

BLOQUM