среда, 25 июня 2014 г.
среда, 1 января 2014 г.
Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən
Gültəkin Rüstəmova
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər: innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование гражданской позиции, нравственные качества.
Key words: Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.
Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
http://yeni-fikir.blogspot.com/2013/12/sagirdin-sxsiyyt-kimi-formalasdrlmas.html
http://yeni-fikir.blogspot.com/2013/12/sagirdin-sxsiyyt-kimi-formalasdrlmas.html
Azərbaycan tarixi və ümumi tarix dərslərində rollu oyunlardan istifadə təcrübəsindən
Rüstəmova Gültəkin
S.Bəhlulzadə adina Xarici Dillər
Təmayüllü gimnaziyanın
müəlliməsi
Rəyçi: Namiq Əliyev,
tarix üzrə fəlsəfə doktoru
Açar sözlər: kurikulumun tətbiqi, sinif şagirdlərinin adaptasiyası, rollu oyunlar, didaktik oyunlar, uzaq keçmişə səyahət, metodika və texnologiyalar, bilik və bacarıqların formalaşdırılması.
Ключевые слова: внедрение курикулума, адаптация учащихся Vклассов, ролевые игры, дидактически игры, путешествие в далёкое прошлое, методика и технологии, формирование знаний и умений.
Key worlds: implementation of the curriculum, students adaptation V classes, role play, educational games, the journey to the distant past, technique and technology, building knowledge and skills.
2008-2009 cu dərs ilindən respublikamızda milli kurikulum tətbiq edilir. Hal hazırda kurikulumla dərs keçməyə başlayan ilk siniflər artıq 6-ci siniflərdə biliklərə yiyələnirlər.
Adətən ibtidai sinifləri bitirmiş şagirdlər orta siniflərdə keçərkən ilk zamanlar əsasən beşinci sinifdə müəyyən çətinliklərlə qarşılaşırlar. Həmişə yəni dörd il eyni sinif otaqinda bir müəllimdən təlim alan şagirdlər V sinifdə ayrı ayrı fənn kabinələrini gəzməli, müxtəlif müəllimlərdən dərs almalı olurlar. Beşincilər bu dövrdə məktəbə adaptasiyası müəyyən vaxt tələb edir. Tərcümə göstərir ki, şagirdlərin bu dəyişikliklərdə reaksiyası eyni olmur. Bəziləri tez, bəziləri gec adaptasiye edir.
Bəs fənn müəllimləri uşaqların bu gərginliklərini necə aradan qaldıra bilərlər, bu zaman hansı metodlara əl almaq daha formanı alar. Fikirmizcə uşaqların bu yaş dövründə daha çox biruzə çıxan xüsusiyyətlərinə diqqət yetirmək prosesini onlar üçün marağlı olan şəkildə qurmaq daha yaxşı nəticələr berər. Məlumdur ki, bu yaş dövrlərundə bütün uşaqlar hələ öz oyuncaqlarından və oyunlardan ayrıla bilmirlər. Odur ki, onlara yeni bilikləri öyrədərkən verilən materiala mövzulara onların gözü ilə baxmaq onları maraq dairəsindən çıxış edərək şagirdləri yeni-yeni biliklərlə silahlandırmaq olar. Uşaqlar oynamağı sevir. Onların uşaqlıq dunyasına rəng qataraq, dərsi elə bir şəkildə təqdim etmək lazımdır ki, onlar həm mövzünun imkan verdiyi şərtlər daxilində müəyyən oyun oynaya həm də, qarşıya qoyulan təlim məqsədinə yiyələnə bilsinlər. Профессор Я.Я.Аьайев yazır ki, hягиги тялим http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind_17.html
Azərbaycan tarixi və Ümumi tarix dərslərində IKT-dən və əlavə materiallardan istifadə etməklə dərsin təşkili
tarix müəllimi
E-mail gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru
Açar sölər: yeni təlim texnalogiyaları, texnaloji inkişaf səviyyəsi, axtarış aparmaq, dərk etmək, tədbiq etmək, yaradici yanaşma, kurikulumun tətbiqi, ənənəvi dərs.
Ключевые слова: новые технологии обучения, уровень технологического развития, проведение исследования, познать, применять, творческий подход, впедрение курикулума, традиционный урок.
Key words: new educational technology, the technology level, to research, to comprehense , to use project works, the use of curriculum.
Cəmiyyətimizin bütün sahələrində yeniliklərin tətbiq olunduğu bir dövrdə təhsilimiz də bu yeniliklərdən kənarda qalmır. Respublikamız müstəqillik, qazandıqdan sonra dünya standartlarına cavab verən bir təhsil sisteminin qurulması bu yolda dünya təcrübəsinə əsaslanan yeniliklərin tətbiq olunması bu günkü təhsilimizin təməlini təşkil edir. Yeni təlim teexnologiyalarının məktəbə yol açması, fəal təlim metodlarının təlimdə yer alması şagirdlərin təfəkkürünü inkişaf etdirərək onlardakı passivliyi aradan qaldırır. Artıq şagirlərdə sərbəst fikir formalaşdıraraq mühakimə yürütmək bacarıqları xeyli inkişaf edib. Tarix dərslərinin tədrisi zamanı daha çox şifahi nitqin formalaşması baxımından faktların səlist ifadə olunması, analiz edilərək hadisələrin inkişafının qiymətləndirilməsi şagirdlərin bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Bu günün müəllimi şagirdin marağını fənnin öyrənilməsinə yönəltmək üçün 5-11 siniflərdə prezentasiyalardan geniş istifadə etməlidir. Bu cür yanaşma dərslərin ənənəvi üsulla tədrisindən uzaqlaşmaqla yanaşı, şagirdlərdə fərdilik və yaradıcı yanaşmanı da inkişaf etdirir. Prezentasiyaların hazırlanması ciddi və yaradıcı prosesdir. Orada hər element düşünülərək şagirdin qavraya biləcəyi tərzdə təqdim olunmalıdır. PowerPoint proqramı dərslərdə xəritələrin, rəsmlərin, tarixi şəxslərin portretlərinin , videofraqmentlərin , dioqramların təqdim edilməsinə, internet isə bu və ya digər məlumatların tapılıb istifadə edilməsinə imkan yaradır.
Bu imkanlardan yararlanaraq milli kurikulumun tətbuq edilmədiyi 7 – 11-ci siniflərdə ənənəvi dərs prosesində İKT-dən və interaktiv təlim metodlarından istifadə şagirdlərin dərsə marağını artırmaq olar.
Bir ənənəvi dərs zamanı şagirdlərimdən biri əl qaldıraraq bir təklifi olduğunu söylədi. O, sərbəst şəkildə fikrini bildirərək dedi ki, “ ... biz kitabdakı məlumatları elə özümüz də oxuyub öyrənə bilərik, yaxşısı budur ki, siz , kitabda olmayan məlumatları bizə deyin, ya da mənbə deyin, biz özümüz araşdırma – tətqiqat aparaq.” Sinifdə fikir ayrılığı yarandı, bəziləri onunla razılaşdı, bəziləri yox. Hər iki tərəfə fikrini əsaslandırma imkanı yaradıldı ,təbii ki mütərəqqi fikir üstünlük qazandı. http://yeni-fikir.blogspot.com/2013/12/azrbaycan-tarixi-v-umumi-tarix-drslrind.html
пятница, 13 декабря 2013 г.
“Veb 2.0” alətlərdən istifadə etməklə Azərbaycan tarixi fənnindən açıq dərsin təşkili təcrübəsindən
Gültəkin Rüstəmova
S.Bəhlulzadə adına Xarici
Dillər Təmayüllü Gimnaziyanın
tarix müəllimi
E-mail: gultekin_xdtg@box.az
Rəyçilər: Namiq
Əliyev
tarix üzrə fəlsəfə
doktoru
Ramil Süleymanov
“Demokratik Gənclər”İctimai Birliyinin direktoru.
Sosial Servislər və Veb 2.0 Texnalogiyalar üzrə
Beynəlxalq təlimçi/ekspert
Açar sözlər:fəaliyyət proqramı,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı link, sosial servislərin mövcud resursları,
"Veb-2.0" alətlərdən istifadə etmək, İnteraktiv təlim çərçivəsində qurulmuş dərs, Photopeach proqramında hazırladığım testlər, "ibtidai icma quruluşunun dağılması" adlı link, sosial servislərin mövcud resursları,
Ключевые
слова: программа
деятельности, использование "Veb-2.0"cервиса, урок,
построенный в рамках интерактивного
обучения, тесты, приготовленные по программеPhotopeach, линк под названием «Распад
первобытнообщинного строя», существующиересурсы социальных сервисов.
Key words:program activities, the use of "Web-2.0"
Service, lesson, built in an interactive learning tests made on the program Photopeach, link titled
"Disintegration of primitive society," the existing resources of
social services.
Təlim prosesinin planlaşdırılmasında hər bir müəllim müəyyən fəaliyyət proqramı müəyyənləşdirir: təlim məqsədlərinin
yerinə yetirlməsindən əldə edilən nəticə və bu nəticələrə nail olmaq üçün həyata
keçirəcəyi konkret iş planı. Bu fəaliyyət
proqramı müəllimə imkan verir ki, bununla qurulan təlim prosesinin əsas mahiyyətini
tam dərk etsin və nəticədə bu prosesin planlaşdırılmasına daha səmərəli
yanaşsın. Təlim prosesinin səmərəliliyi ilk olaraq təlim metodunun məqsədyönlü
seçilməsindən aslıdır. Bununla əlaqədar olaraq fəal dərsin quruluşunda əlverişli metod və texnaloji yanaşmadan geniş stifadə edilməlidir. Dərs prosesində
İKT-nin istifadəsi yeni faktların yerindəcə
öyrənilməsi, müzakirəsi və keçilən
mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiyyətə
malikdir.
Texnalogiyanın bugükü inkişaf sürətinə gənc nəsil bizdən daha tez yetişir. Onlar daha
sərbəst şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində
informasiya mübadiləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların
imkanlarını bizdən daha tez aşkara çıxarırlar. Bu səbəbdən də onsuz da onların
maraq dairəsinin mərkəzində olan müasir texnalogiyalardan istifadə etməklə,təlim
prosesinə yaradıcı və rəqəmsal yanaşıb, öyrənmə prosesini cəlbedici formada həyata
keçirməklə şagirdlərin diqqətlərini bu
sahədə məşğul saxlamaq lazımdır.Şagirdlərdə müəyyən olunmuş bacarıqların
inkişaf etdirilməsində sosial şəbəkələrin rolunu diqqətdən kənarda qoymaq
olmaz."Sosial şəbəkə" yalnız əyləncə xarakteri daşımır.Dünya təcrübəsinə
nəzər salsaq görərik ki,sosial servislərin mövcud resurslarındantədris
prosesində çox geniş istifadə olunur. Məsələn, facebook, tvitter kimi
saytlardan daha çox ali məktəb tədrisindəmüzakirələrin aparılmasında istifadə
olunur.
İnternetin imkanlarından biri də “Veb 2.0”
texnologiyalarıdır.Şagirdlərin yaradıcı təfəkkürə malik şəxsiyyət kimi
yetişdirilməsində “Veb 2.0” texnologiyalarının imkanlarından bəhrələnərək təhsilə
tətbiq etməklədaha yüksək nailiyyətlər əldə
etmək olar.
“Veb 2.0” texnologiyası nədir? “Veb 2.0” internetdə fəaliyyət göstərənikinci
nəsl şəbəkə xidmətidir.Birinci nəsl- Veb 1.0 xidmətlərindən fərqli olaraq
burada daha geniş imkanlar var. Pedaqoji imkanlara nəzər salaq:
·
sərbəst
şəkildə təhsilə aid səhifələr yaratmaq (məs. şagirdlərdə yaradıcı yanaşma
aşılayaraq fərdi xüsusiyyətlərini inkişaf etdirmə baxımından diqqətinin təhsilə
yönəldilməsi );
·
açıq
,pulsuz , sərbəst və məqsədli şəkildə təhsilə aid elektron resursladan istifadə
(əlavə materialların əldə edilməsi);
понедельник, 25 ноября 2013 г.
Mərkəzi Asiyanın işğalı
Mərkəzi Asiyanın işğalı
Temuçini Çingiz xan elan edən qurultayın çağırılmasından heç beş il keçməmişdi ki, monqol anaları öz oğullarını uzaq hərbi səfərlərə göndərdilər. İndi monqol qanı xanın şərəfinə doğma Onon və Kerulen çayları sahilində axıdılmırdı, minlərlə kilometr cənuba və qərbə tərəf bölgələrdə.
1206-cı ildən və xüsusilə 1211-ci ildən sonra Çingiz xanın fəaliyyətində yeni səhifə açıldı – geniş miqyaslı işğallar. Bu işğallar xaqanın ölümündən sonra da davam etdi. Monqol işğallarının indi məqsədi tayfaları birləşdirmək deyil, özgə torpaqları noyonların maraqlarında ələ keçirmək idi. ¹
Подписаться на:
Сообщения (Atom)
BLOQUM
BLOQUM




